Dünya futbolu
Morata tarix yazdı
Ötən gün Çempionlar Liqasının qrup mərhələsind?…
Ötən gün Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Yuventus" – "Sevilya" (2:0) matçı Alvaro Morata üçün ələmətdar olub. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"ın ispaniyalı futbolçusu yeni uğura imza atıb.
22 yaşlı hücumçu qitənin ən nüfuzlu klub turnirində ardıcıl çıxdığı 5 matçda da qol vurmağı bacarıb. Bununla da, Morata bu uğura imza atan ilk ispaniyalı futbolçu olaraq adını tarixə yazdırıb.
Qeyd edək ki, Morata 2014-cü ilin iyulunda "Real"dan (İspaniya) İtaliya klubuna keçib.