I Liqa
"Bakı"dan azarkeşlərinə jest
Cari mövsümdən 1-ci divizionda çıxış edən "…
Cari mövsümdən 1-ci divizionda çıxış edən "Bakı" azarkeşlərinə jest edib. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi fanatları üçün xüsusi avtobus ayırıb.
Klubdan verilən məlumat görə, "zolaqlılar"ın "Qaradağ Lökbatan"la səfər matçını izləmək istəyən azarkeşlər oktyabr 2-də saat 14:00-da klubun bazasından Lökbatana hərəkət edən avtobusdan pulsuz istifadə edə bilər.
Qeyd edək ki, Azərbaycan I Divizionunun IV turunda keçiriləcək “Qaradağ Lökbatan” – “Bakı” görüşü oktyabrın 2-də saat 16:00-da start götürəcək.