Ölkə futbolu
"Qəbələ" Krasnodarda dəstəksiz qalmayacaq
Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunla…
Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" səfərdə "Krasnodar"ın qonağı olacaq.
Krasnodarda keçiriləcək matçda "qırmızı-qaralar" dəstəksiz qalmayacaq. Belə ki, 40-a yaxın azarkeşin "Qəbələ"yə dəstək olmaq üçün stadionda olması gözlənilir.
Qeyd edək ki, "Krasnodar" – "Qəbələ" matçı Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.