Dünya futbolu
Ronaldo Messini keçdi
Çempionlar Liqasının qrup mərhələsində keçirilən …
Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Malmö" – "Real" (0:2) matçında ulduz futbolçu Kristianu Ronaldo daha bir uğurla diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı futbolçu yeni rekorda imza atıb.
Sözügedən oyunda 2 qol vuran 30 yaşlı forvard qitənin ən nüfuzlu klub turnirində 22-ci dublunu edib. Bu göstərici ilə Ronaldo əzəli rəqibi – "Barselona"nın futbolçusu Lionel Messini (21 dubl) qabaqlayıb.
Qeyd edək ki, İsveç təmsilçisinin qapısından 2 top keçirən Kristiano Ronaldo Madrid klubunda qollarının sayını 323-ə çatdırıb.