Ölkə futbolu
"Qara bazar"a ciddi nəzarət – FOTO
Bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunl…
Bu gün Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyunları çərçivəsində "Qarabağ" evdə "Anderlext"i qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, həmişəkindən fərqli olaraq, bu dəfə "qara bazar" fəaliyyət göstərmir.
Buna səbəb əvvəlkilərdən fərqli olaraq, bu dəfə polisin alverçilərini fəaliyyətinə göz yumamasıdı. Ciddi qadağaya baxmayaraq, bəzi işbazlar öz fəaliyyətini davam etdirməyinə qanun keşikçiləri mane olub. Alverçilərdən bir neçəsini isə polis kənara çəkib, nəyisə başa salırdı. Tərəflərin söhbətindən başa düşülürdü ki, polislərlə alverçilər bir-birlərini tanıyır. Söhbətlərdən o da aydınlaşdı ki, bu dəfə nə isə fövqəladə vəziyyətdi deyə alverə icazə verilmir.