Ölkə futbolu
“Qəbələ” leysana düşdü – FOTO
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçi…
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Krasnodar” – “Qəbələ” matçının başlamasına 1 saata yaxın vaxt qalır. Futbolinfo.az saytının Rusiyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bütün günü tutqun olan hava nəhayət ki, “ürəyini boşaltmağa” başlayıb.
Təqribən 1 saata yaxındı davam edən leysan hələ ki, 35 min tutumlu stadionun boş qalmasını şərtləndirib. Meydanın ətrafında da azarkeş sayı bir o qədər də çox deyil. Bu isə stadionda anşlaqın olmayacağından xəbər verir.
Təmsilçimiz də artıq “Hilton” otelini tərk edib. Təqribən 15 dəqiqə öncə “Qəbələ”ni gətirən avtobus “Kuban Arena”ya daxil oldu.