Ölkə futbolu
60-a Almeyda ilə çatdıq
Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunla…
Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" evdə "Anderlext"i qəbul edir.
Hazırda Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Ağdam klubu yubiley qolunu vurdu. Riçard Almeydanın dəqiq zərbəsindən sonra "atlılar" avrokuboklarda 60-cı dəfə sevindi.
Belçika klubu ilə oyunadək 78 top buraxmış təmsilçimiz vurulan qolların sayında rekordçudu.