Ölkə futbolu
Tale Heydərov “Krasnodar Arena”da
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçi…
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Krasnodar” – “Qəbələ” matçının start fitinə təqribən yarım saat qalıb. Futbolinfo.az saytının Rusiyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, təmsilçimizin prezidenti Tale Heydərov bir neçə dəqiqə öncə qarşılaşmanın keçiriləcəyi “Kuban Arena”da yerini tutub.
Qeyd edək ki, “Krasnodar” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.