Ölkə futbolu
Mərkəzi arenada gərginlik: Belçikalılara arzuolunmaz reaksiya
Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunla…
Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, son Azərbaycan çempionu "Qarabağ" evdə "Anderlext"i 1:0 hesabı ilə məğlub edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyundan sonra maraqlı hadisə yaşanıb. "Anderlext"in futbolçuları arenada olan azarkeşləri tərəfindən etirazlarla qarşılanıb. Belə ki, 0:1 hesabı ilə uduzan belçikalıların fanatları oyundan sonra onları alqışlamağa gələn futbolçularını fitə basıb.
Gərginliyin böyüməməsi üçün hadisəyə polis müdaxilə edib və aranı sakitləşdirib.