Ölkə futbolu
“Qəbələ” bərabərlik qolunu vurdu, amma…
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçi…
Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Krasnodar” – “Qəbələ” matçının ilk yarısının bitməsinə 2 dəqiqə qalmış təmsilçimiz bərabərlik qoluna imza atdı. Futbolinfo.az xəbər verir ki, Rikardinyonun cərimə zərbəsindən ötürdüyü topa cərimə meydançasındakı qarışıqlıqdan sonra Dodo dəqiq zərbə endirməyi bacardı.
Amma matçın yan xətt hakimi oyundan kənar vəziyyət qeydə alaraq, “Qəbələ”nin sevincini gözündə qoydu.
Qeyd edək ki, hazırda “Krasnodar” 1:0 hesabı ilə öndədi.