Ölkə futbolu
Zenyov: "Bunu demək çətindi"
“Qəbələ”nin hücumçusu Sergey Zeynov Avropa …
“Qəbələ”nin hücumçusu Sergey Zeynov Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Krasnodar”a səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra UEFA-nın rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, estoniyalı forvard məğlubiyyəti belə şərh edib:
“Fasiləyə qədər niyə pis oynadığımızı demək çətindi. Düşünürəm ki, sabah oyunun təhlili zamanı səhvlərimizi analiz edəcəyik. Oyunun ikinci hissəsində istədiyimiz kimi oynaya bildik. Hesabı yaddan çıxarıb, yaxşı oynamağa başladıq. Fikrimcə, ikinci hissədə “Krasnodar”ı məğlub etdik. Bizim nəninki heç-heçə, hətta qələbə üçün də imkanımız oldu. Oyunun sonunda qol buraxmaq məyusedicidi. Qrup mərhələsinin başlanğcı bizim üçün uğurlu olmadı. Cəmi 1 xal qazanmışıq, amma 6 xal istəyirdik. Qarşıda dünya səviyyəli “Borussia” ilə oyun var. Asan olmayacaq. Lakin geri çəkilə bilmərik”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq