Bizi izləyin

Ölkə futbolu

“Rəvan”ın mənasız "bəhanə bəyanatı"

Ölkə mətbuatında, eləcə də futbolinfo.az saytında “R…

blank
Ölkə mətbuatında, eləcə də futbolinfo.az saytında “Rəvan”ın U-19 komandası ilə bağlı bir sıra materiallar yayımlanıb. Xüsusilə komandanın Moskva “Spartak”ı ilə oyundan sonra Bakıya ac dönməsi, futbolçuların qida ilə təmin edilməməsi acı təəssüf doğurur.
Maraqlıdı ki, “Rəvan” rəhbərliyi bu özbaşnalıqdan nəticə çıxarmaq əvəzinə, mətbuata bəyanatla cavab vermək istəyib. Öncə bu gün klubun rəsmi saytında dərc olunan açıqlamaya diqqət yetirək: 
“Son günlər ölkə mətbuatında Azərbaycanın UEFA Gənclər Liqasında ilk təmsilçisi kimi tarixə düşən "Rəvan” PFK-nın adına xələl gətirmək məqsədi ilə yayımlanan qərəzli yazılara rast gəlməkdəyik. AFFA-nın təşkil etdiyi U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi olmaqla, qitə miqyaslı yarışa vəsiqə qazanan klubun bu uğuruna kölgə salmaq istəyənlər, heç bir əsası olmayan, şantaj xarakterli xəbərlər yaymaqla məşğuldurlar.
Gənclər Liqasında ölkəmizi təmsil edən ilk kluba dəstək olmaq əvəzinə, zərbə vurmağa çalışanların bu cəhdlərini təəssüf hissi ilə qarşılayırıq. Gənc bir klubun komandasının I mərhələnin ilk oyunu çərçivəsində səfərdə əsası 1922-ci ildə qoyulan "Spartak”a 0:4 hesabı ilə uduzmasının rüsvayçılıq kimi qəbul edilməsini hardasa başa düşmək olar. Media mənsublarının adlı-sanlı rəqibi ilə dueldə "Rəvan” PFK-dan daha yaxşı nəticə gözləmələri bizi qürurlandırır. Demək ki, gənc klubumuzun uşaq futboluna sərf etdiyi maliyyə və çəkdiyi əziyyət hədər getməyib.
Ancaq yerli medianın beynəlxalq yarışda Azərbaycanı təmsil edən bir klubun heyətində "lipa” axtarması, U-19 komandamızın baş məşqçisi Zamin Əsədullayevlə bağlı "araşdırma” və ən nəhayət, Moskvaya yollanan heyətin geriyə dönən zaman qidalanmamağını, şam etmədən Bakıya ac dönmələrini iddia etmək heç bir çərçivəyə sığmır. "Rəvan” PFK-ya qarşı bu cür münasibət başadüşülən deyil. Qərəzli münasibətin kökündə hansı səbəblərin durduğunu bilmək bizim üçün də maraqlıdır.
Əvvəla, "Rəvan” PFK-nın heyətində "lipa” axtaranlara demək istərdik ki, klubun qapıları hər kəsin üzünə açıqdır. Komandanın heyətində yer alan bütün futbolçuların şəxsiyyətlərini təsdiq edən sənədlərlə tanış ola bilərsiniz. "Rəvan” PFK-nın UEFA-nın tələblərini pozaraq, Gənclər Liqasında iştirak edən heyətdə klubun akademiyasının 12 deyil, 6-7 üzvünün yer aldığını iddia etmək isə absurddur. Sizcə, UEFA buna icazə verər?
"Rəvan” PFK-nın Moskvaya səfər edən heyət üzvlərinin şam etmədən Bakıya dönmələrinə gəlincə, bu da gülünc iddiadır. Bəli, "Spartak”la oyundan sonra komanda məskunlaşdığı "Holiday İnn” otelinə dönsə də, orada şam edə bilməyib. Səbəb isə Moskva şəhərində axşam saatlarında yaranan böyük tıxac olub. Komanda üzvlərinə Bakıya gətirəcək təyyarə saat 22:40-da hərəkət edəcəyindən, hava limanında qidalanmağa qərar verilib və hər kəs yeməklə təmin olunub. Bunu bəzi futbolçular da mətbuata açıqlamalarında təsdiqləyiblər. Üstəlik, uçuş zamanı da sərnişinlərə isti yemək və içki təqdim edilib”.
Bəyanatda nə yazılmasının şəxsən hadisələrin tam təfərrüatından xəbərdar olan futbolinfo.az əməkdaşları üçün mənası yoxdu. Çünki həqiqəti ört-basdır etmək istəyən “Rəvan”ın vitse-prezidenti İlqar Axundov bununla klubun sahibi Nuru Əliyevdən əfv gözləyir, özünü şirin satmaq istəyir. Halbuki futbolçulardan biri mətbuata açıqlamasında faktı təsdiqləyib. Axundov üçün bu kifayət deyilsə, biz sübut üçün əlavə faktlar təqdim etməyə, səfərdə ac qalanların növbəti açıqlamalarını verməyə hazırıq. Eyni zamanda UEFA-nın ayırdığı pulu xərcləyən İlqar bəydən də sonuncu şam yeməyinin, otel xərclərinin çeklərini üzə çıxarmağı tələb edirik. Hazırsızmı?..
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Dünya futbolu2024-05-02 12:57

Ranqnik “Bayern”dən imtina etdi

blank
Ölkə futbolu2024-05-02 12:40

“Bu qələbə komandaya özünəinam verəcək”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm