Premyer-liqa
“Neftçi” fanatları ilə barışdı?
“Neftçi”nin ötənilki uğursuz çıxış…
“Neftçi”nin ötənilki uğursuz çıxışı cari mövsümdə də davam edir. Komandanın qeyri-sabit oyunu isə azarkeşlərin narazılıqlarına səbəb olur.
Nəhayət, dünən fanat ordusu ilə “Neftçi” rəsmilərinin görüşü baş tutub. “Ağ-qaralar”dan icraçı direktor Elnur Məmmədovla yanaşı, mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov, Azarkeşlər üzrə Departamentin koordinatoru Kənan Hənifəyev və Üzvlük və rəqəmsal marketinq üzrə menecer Rüstəm Fətəliyev görüşdə iştirak ediblər.
Bu bərədə futbolinfo.az saytına məlumatı klubun mətbuat xidmətinin rəhbəri verib. Rəsulov azarkeşlərin onları narahat edən məqamlar barədə klub rəsmilərinə suallar ünvanladıqlarını, təkliflərini çatdırdıqlarını bildirib: “Biz də klubun daxilindəki vəziyyət barədə fanatlara məlumat verdik. Bəzən uğursuz nəticələr olduqda azarkeşlər “istefa” qışqırır. “Zirə”yə qarşı görüşdə mən də eşitdim bu şuarı. Görüşdə həmin şuarı səsləndirən azarkeşlərin olub-olmadığını bilmirəm. Ancaq onu deyə bilərəm ki, görüş olduqca səmimi və məhsuldar alındı. Klubla fanatlar arsında daim bu cür görüşlər olmalıdı. Belədə birlik, sıxlıq olur. “Neftçi”nin qapıları azarkeşlərinin üzünə daim açıqdı. Nə vaxt görüşmək istəsələr, biz buna hazırıq”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib