Bizi izləyin

Ölkə futbolu

Dövlət Proqramı futbolumuza nə verdi?

Futbolinfo.az saytının 2 yaşı münasibəti ilə "Sumurq&q…

blank
Futbolinfo.az saytının 2 yaşı münasibəti ilə "Sumurq"un sabiq mətbuat katibi Rüstəm Allahverdiyevin yazısı
Azərbaycan  Respublikasında dövlət qayğısı  nəticəsində bir sıra idman növləri üzrə əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq, futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, futbolun elmi-metodiki və normativ hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədilə 2005-ci il oktyabrın 10-da ölkə prezidenti İlham Əliyev “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Dərc olunduğu gündən qüvvəyə minən bu qərar artıq bu gündən dövrünü başa vurur. Geridə qalan 10 ildə ölkə futbolunda inkişaf üçün hansı işlər görüldü, dövlət proqramı necə yerinə yetirildi və futbolumuza nə verdi?
Əslində, ümumi proqrama nəzər yetirdikdə o vaxt üçün hər şeyin mükəmməl düşünüldüyünü və qeyd olunduğunu deyə bilərik. Əsas məsələ isə burada göstərilənləri praktikada yerinə yetirmək idi. Hətta sərəncamda görülən işlərin hansı nəticələrə nail olmağa imkan verəcəyini də proqram tərtibçiləri fikirləşmişdi.
Sərəncama əsasən, bu proqramın icrasına cavabdeh qurumlar Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası müəyyən edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə müvafiq icra orqanları ilə birlikdə bu Sərəncamla təsdiq olunmuş futbolun inkişafına dair Dövlət Proqramından irəli gələn məsələləri həll etmək tapşırılmışdı.
Ölkə futbolunun inkişafı üçün nəzərdə tutulan əsas istiqamətlər isə bunlar idi:
1) təhsil müəssisələrində, əhalinin yaşayış yerlərində futbol infrastrukturunun yaradılması – təbii ki, burada əsas məqsəd kütləviliyin təmin olunması idi. Ancaq bu istiqamətdə nə kimi işlər görüldü? Yalnız sayılıb-seçilən məktəblərdə və yaşayış yerlərində süni örtüklü meydançalar salındı. Lakin baxımsızlıq səbəbindən bir müddətdən sonra bu futbol sahələri istifadəsiz hala gəldi. 
 
2) təhsil müəssisələri üçün futbol üzrə tədris proqramlarının işlənib hazırlanması; 
 
3) futbol üzrə metodik vəsait və tövsiyələrin hazırlanması;
 
4) ümumtəhsil, orta ixtisas və ali məktəblərdə futbol bölmələrinin açılması;
 
5) şagird və tələbələrin futbol üzrə çempionatlarının təşkil edilməsi;
 
6) məhəllə komandaları arasında futbol üzrə yarışların keçirilməs – 2-6-cı bəndlərdə göstərilən inkişaf istiqamətləri proqramdan öncə də həyata keçirildi. Lakin sərəncamdan sonra bu işlər təkmilləşdirilməli idi. Ancaq sonda qazanılan nəticələr görülən işlərin gözləntilərdən çox aşağı səviyyədə qaldığını deməyə əsas verir. 
 
7) mövcud və yeni açılacaq uşaq-gənclər idman və internat məktəblərində qadın futbolu üzrə tədris qruplarının yaradılması – həqiqətən də son zamanlar qadın futbol komandalarının yaradıldığını deyə bilərik. Ancaq onların nə cür formalaşdırılması, yeni istedadların necə üzə çıxarılması və qazanılan nəticələr bu sahədə də problemlərin olduğunu deməyə əsas verir. 
 
8) ölkənin bütün bölgələrində istedadlı uşaqlar üçün futbol üzrə ixtisaslaşdırılmış internat məktəblərinin yaradılması – bu inkişaf istiqaməti sahəsində demək olar görülən işlər heç də ürəkaçan olmadı. Əslində, proqramın əsas məqsədlərindən biri futbolun kütləviləşdirilməsi olsa da, bir çox işlər yalnız mərkəzdə həyata keçirildi. Bölgələr isə yaddan çıxdı. Proqramın müddəti başa çatsa da Gəncə, Tovuz, Mingəçevir kimi futbol mərkəzlərində bu cür məktəblər yaradılmadı. 
 
9) milli yığma komandaların beynəlxalq yarışlarda, o cümlədən Avropa və Dünya çempionatlarında, Olimpiya oyunlarında, klub komandalarının isə Avropa turnirlərində iştirakının təmin edilməsi – bu sahədə işlərin görülmədiyini desək, yalan olar. Hətta bütün təşkilati məsələlərin yüksək şəkildə həll edildiyini qeyd edə bilərik.
 
10) Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nəzdində müasir avadanlıqla təchiz olunmuş tibbi-bərpa mərkəzinin yaradılması – Ölkə futbolu ilə maraqlanan hər bir kəs bu cür mərkəzin 10 il ərzində açılmadığını çox yaxşı bilir. Bu istiqamətdə sərəncama cavabdeh qurumlar heç bir tədbir görməyib.  
 
11) futbol üzrə mütəxəssislərin hazırlanması sisteminin təkmilləşdirilməsi – bu sahədə AFFA-nın son illərdə gördüyü işləri danmaq haqsızlıq olar. Yerli ixtisaslı məşqçi və müəllimlərin çatışmazlıqlarını aradan qaldırmaq üçün kateqoriayalara uyğun kurslar təşkil olunmuş və buranı müvəffəqiyyətlə tamamlayan mütəxəssislərə UEFA sertifikatı verilməkdədir.
 
12) idmanın ən kütləvi və nüfuzlu növü olan futbolun təbliğ etdirilməsi – bu istiqamət üzrə də son 10 ildə nəzərə çarpası işlərin görüldüyünü deyə bilərik. 
 
13) futbolun inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi – Hər sahədə olduğu kimi, futbolda da beynəlxalq əməkdaşlıq mühüm yer tutur. Ali futbol qurumunda bu sahədə çalışan yüksək ixtisaslı mütəxəssislərin əməyi nəticəsində son illərdə beynəlxalq əməkdaşlıq inkişaf edir. Bunun nəticəsidir ki, proqram müddətində bir neçə beynəlxalq çempionat ölkəmizdə keçirilib.  
Göründüyü kimi, proqramda nəzərdə tutulan inkişaf istiqamətlərində görülən işlər heç də ürəkaçan deyil. Hətta elə bənd var idi ki, o sahədə ümumiyyətlə 10 ildə bir addım atılmayıb. 
Proqramın giriş hissəsində qeyd olub ki, “Təəssüf ki, son on beş il ərzində futbolumuz şöhrətini itirmiş, bu idman növünə maraq və diqqət azalmışdır. Göstərilən dövrdə ölkədə futbolla məşğul olanların sayı 200 min nəfərdən 74 min nəfərə enərək, iki dəfədən çox azalmışdır. Yaranmış acınacaqlı vəziyyət futbol üzrə milli yığma komandaların nəticələrinə mənfi təsir göstərir. 1992-ci ildən etibarən Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində Azərbaycan Milli yığma komandası öz qrupunda sonuncu yerlərlə kifayətlənmişdir. Yeniyetmələrdən və gənclərdən ibarət yığma komandalarımız da beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edə bilməmişlər”. 
Sizcə proqramın qəbulundan sonra nəticələrdə hansısa dəyişikliklər oldu? Əvvəlcə əsas millinin göstəricilərinə baxaq. 2008-ci il Avropa çempionatının seçmə qrup mərhələsində A milli komandamız 5 xalla qrupda sonuncu pilləni tutdu, 2012-ci il Avropa Çempionatının seçmə qrup mərhələsində 7 xalla yalnız Qazaxıstanı qabaqlaya bildik. 2016-cı ildə keçiriləcək çempionatın isə hazırkı seçmə mərhələsinin bitməsinə iki oyun qalıb və millimiz 6 xalla altı komanda arasında beşinci sıradadır. Dünya çempionatının 2010-cu il seçmə qrup mərhələsində isə əsas yığmamız yalnız Lixtenşteyni arxada qoydu. Ən yaxşı nəticəsin millimiz 2014-cü ilin seçmələrində göstərdi və qrupu 4-cü sırada tamamladı.
Aşağı yaş qruplarından ibarət milli komandalarında nəticələrində bu dövrdə gözə çarpası heç bir uğur qeydə alınmayıb. Elə U-21-in sonuncu Avstriya ilə oyununda qeydə alınmış nəticə hər şeydən xəbər verir. Səfərdə 0:7 hesablı məğlubiyyət… 
Bir sözlə, yığma komandalarla bağlı proqramda gözlənilənlər fiasko ilə yekunlaşdı deyə bilərik. Ancaq futbolla məşğul olanların sayında nəzərəçarpası dəyişikliklərin olduğunu deyə bilərik. Çünki son illərdə açılan məktəblərin və akademiyalar tələbatdan doğan zərurətdir. Ancaq bu zərurətlər hansı dərəcədə və necə yerinə yetirilir? Bax, məsələnin kökü buradadır.    
Ölkədə futbolun inkişafına və beynəlxalq yarışlarda uğurlar əldə etməyə xidmət edən proqramın əsas məqsədi bu sahədə dövlət siyasətini həyata keçirtmək, infrastrukturun inkişaf etdirilməsi, köhnə stadionların bərpası, yenilərinin layihələşdirilməsi və tikintisi, beynəlxalq səviyyəli futbolçu və mütəxəssislərin hazırlanmasından ibarətdir. “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” bu məqsədlərə çatdımı? Bu sualı yəqin bugünlərdə cavabdeh qurumlar proqramın yekunu ilə əlaqədar cavablandıracaq və bu barədə ictimaiyyətə bir açıqlama verəcək. 
Artıq növbəti 10 il üçün də inkişaf proqramı hazırlanıb və təsdiqlənməsini gözləyir. Mən isə vaxtı ötən sərəncamın bizim futbola nə verdiyinə nəzəri göz yetirdim. Yuxarıda verdiyim suallara isə yəqin ki, hər kəsin bir cavabı ola bilər. Keçmiş proqrama sizlər də yenidən baxsaz, onun nə dərəcədə yerinə yetirildiyinə qiymət verə bilərsiniz. 
Proqam isə həqiqətən çatışmazlıqları olsa da, mükəmməl hazırlanmışdı. Nəzərdə tutulan işlər məsuliyyətlə və peşəkarcasına yerinə yetirilsəydi, inanın ki, bu gün axşam İtaliya yığması ilə oyunda milli komandamızdan rahat bir şəkildə qələbə gözləyə bilərdik. Ancaq biz hələ də möcüzə gözləməkdəyik. Dünyada bəlkə də yeganə azarkeşik ki, komandamız rəqibə 0:10 hesabı ilə məğlub olsa da, növbəti oyunda stadionu tam doldururuq. 
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm