Premyer-liqa
Yenə Sadıq Sadıqovsuz…
“Neftçi”nin Müşahidə Şurasının dünə…
“Neftçi”nin Müşahidə Şurasının dünənki iclasına qatılan Jozef Vandellas görüşdən məmnun qalıb. Klubdan aldığımız bilgiyə görə, Emil Mpenza məsələsi ilə bilavasitə məşğul olan ispaniyalı vəkil şura üzvlərinə prosesin gedişi haqda məlumat verib, sualları cavablayıb.
O, klubla sıx işbirliyinə görə “Neftçi” rəhbərliyinə təşəkkür edib. Təcrübəli vəkil sənədlərin vaxtında təqdim edilməsinə, heç bir detalın diqqətdən qaçırılmamasına görə minnətdarlığını bildirib, məsələni uğurla həll etmək üçün çalışdığını diqqətə çatdırıb.
Qeyd edək ki, proses üzrə İdman Arbitraj Məhkəməsində (CAS) dinləmələr 22 oktyabr tarixində İsveçrənin Lozanna şəhərində baş tutacaq. Mpenza “Neftçi”dən milyon dollara yaxın təzminat tələb edir, FİFA da onun haqlı olduğunu təsdiqləyib. Bakı klubu indi CAS-da belçikalı forvardın haqsız olduğunu sübut etməyə, ən azı cərimə məbləğini azaltmağa çalışır.
Mpenza “Neftçi”yə transfer olunanda və qovulanda klubun prezidenti Sadıq Sadıqov olub. Maraqlıdı ki, o, Müşahidə Şurasının üzvü olsa da, dünənki tədbirə qatılmayıb. Şura sədri Çingiz Abdullayevin məlum müsahibəsi zamanı üstüörtülü (bəlkə də çox açıq) ittiham olunan Sadıqovun bu addımı başadüşüləndi. Ancaq o da var ki, şuranın iclaslarına gəlməyən birinin hələ də üzv olaraq saxlanılmasında məntiq yoxdu. Xüsusilə də, məhz onun günahı üzündən müzakirə edilən Mpenza olayı masaya yatırıldığı bir vaxtda…
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Digər idman növləri2024-04-30 23:44
“Xırdalan” pley-offa qələbə ilə başladı