Premyer-liqa
"Zirə"yə "milli zərbə"
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində &ldq…
Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Zirə” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, komandada cəzalı oyunçu olmasa da, "qartallar" itkilərdən əziyyət çəkir.
Əldə etdiyimiz məlumata görə, yarımmüdafiəçi Tellur Mütəllibov və müdafiəçi Adil Nağıyev 21 yaşlılardan ibarət millimizin heyətindən zədəli olaraq qayıdıb. Onlar bu səbəbdən qarşıdakı matçda iştirak edə bilməyəcəklər.
Bundan başqa, uzun müddətdi zədə səbəbindən meydana çıxa bilməyən hücumçu Nurlan Novruzov da məşqlərini davam etdirir. Onun Ağdam təmsilçisi ilə görüşdə iştirak edib-etməyəcəyinə baş məşqçi Adil Şükürov qərar verəcək. Yarımmüdafiəçi Nicat Qurbanov isə artıq tam hazırdı.
Qeyd edək ki, “Qarabağ” – “Zirə” matçı ayın 17-i, saat 18:00-da Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda (“Azərsun Arena”) baş tutacaq.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”