Müsahibə
Qriqorçuk: "Futbolu məhz onlara görə oynayırıq"
Bu gün “Qəbələ”nin paytaxtda yerləşən “Po…
Bu gün “Qəbələ”nin paytaxtda yerləşən “Port Baku” ticarət mərkəzində komandanın formalarının satış mərkəzi fəaliyyətə başlayıb. Mərasimdə iştirak edən klubun baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
– Bu gün Azərbaycanın müstəqillik günüdü. Ona görə də hamını təbrik edirəm. Hazırda çox böyük işlər görürülür. Və görülən bütün işlər azarkeşlər üçündü. Çünki biz də futbolu məhz onlara görə oynayırıq. Qarşıda bizi çətin oyun gözləyir. Hamını stadionda görmək istərdim. Əsas odu ki, azarkeşlər bizdən razı qalsın.
– Yəqin ki, bu dəfə 5:0 hesablı qələbə istəyinizi təxirə salmalı olacaqsınız…
– Xeyr, bu istək həmişə bizim içimizdədi. Düzdü, “Borussiya” ilə qarşılaşma üçün bu bir az zarafat kimi səslənəcək. Amma yenə də işimizi bütün matçlarda 5:0 hesabı ilə qalib gələcək “Qəbələ” yaratmaq uğrunda aparırıq.

– Son vaxtlar Ukrayna mətbuatında həmin ölkənin yığma komandasına baş məşqçi postuna namizəd olacağınız yazılır…
– Belə sualları heç vaxt şərh etmirəm. Çünki işlədiyim klubun rəhbərliyinə çox böyük hörmətim var. Mən bu klubu sevirəm. Ona görə də bütün bu söz-söhbətləri kənara qoymaq lazımdı.
– Belə sualları heç vaxt şərh etmirəm. Çünki işlədiyim klubun rəhbərliyinə çox böyük hörmətim var. Mən bu klubu sevirəm. Ona görə də bütün bu söz-söhbətləri kənara qoymaq lazımdı.
– “Borussiya” ilə matçda senssasiya imza atmaq üçün nə lazımdı?
– Əsas bizdə inam olmalıdı. Daha çox əziyyət çəkməliyik, oyun vaxtı bizim günümüz olmalıdı, istədiyimiz hər şey həyata keçməlidi. Bacardığımızdan daha çoxunu etməliyik.
– Əsas bizdə inam olmalıdı. Daha çox əziyyət çəkməliyik, oyun vaxtı bizim günümüz olmalıdı, istədiyimiz hər şey həyata keçməlidi. Bacardığımızdan daha çoxunu etməliyik.
ELMAR ABDULLA-ZADƏ
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar