Müsahibə
AZAL-la oyunun qəhrəmanı: "Bilmirəm, kim nə düşünür, amma bizdə…"
Ötən gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulacaq…
Ötən gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, "Xәzәr Lәnkәran" doğma meydanda AZAL-ı 3:1 hesabı ilə məğlub edib.
Komandasına 2 qolla kömək edən ev sahiblərinin futbolçusu Kamran Abdullaza matçdan sonra saytımıza açıqlama verib:
– Uzun müddət sonra komandanız qələbə qazandı…
– Bu yaxşı nəticədir. “Qəbələ” ilə matçda biabırçı şəkildə uduzmuşduq. Onu unutmaq lazım idi. Bunu bacardıq və AZAL-la oyunda qələbə qazandıq. Yunis Hüseynov da oyundan öncə bizə tapşırıqlarını verdi və bildirdi ki, biz 3 xal üçün meydana çıxırıq. Artıq hər şey yaxşıdır. Qalibiyyət hər zaman sevindiricidir.

– 2 qol vurdun. Bu barədə nə deyə bilərsən?
– İlk dəfə idi ki, əsas komanda ilə bir oyunda 2 qol vurdum. Bu, əla hissdir. Ən azından bu vəziyyətdə komandanın qələbəsində böyük pay sahibi olmaq sevindiricidir. Bütün komanda yaxşı çıxış etdi.

– Son illərdə bəlkə də, ilk dəfə idi ki, stadiona bu qədər az azarkeş gəlirdi. Tərəfdarlarınızın sizdən çox incidiyindən xəbəriniz var?
– Bilirəm. Amma bunu düzəltmək üçün əlimizdən gələni edirik. Bu çempionatda ilk dəfə idi ki, belə az fanat gəlirdi. Amma düşünürəm ki, onlar bizim yaxşı oyunumuzu gördükcə yenidən meydana qayıdacaqlar.

– Bəlkə, elə futbolçular da bu gün 0:6 hesablı məğlubiyyətdən sonra özünü sübut etmək istəyirdilər?
– Biz hər oyun yaxşı oynadığımızı sübut etmək istəyirik. “Qəbələ” ilə oyun haqqında bilmirəm kim nə düşünür, amma bizdə bəzən təcrübəsizlik hər şeyin bu vəziyyətə gəlib çıxmasına səbəb olur. Təcrübə artdıqca, əlbəttə belə şeylər olmayacaq. Ümid edirəm ki, hər şey dəyişəcək.

– Komanda çox bərbad durumdadır. Həm futbolçular gəncdir, həm də yetərincə heyət yoxdur. “Xəzər Lənkəran”ı yanvara qədər “Qəbələ” ilə oyunda alınan acı məğlubiyyətlər yenə də yaxlaya bilər. Bu komanda nə qədər dözəcək?
– Bu bizim üçün, gənc futbolçular üçün şansdır. Dekabrın sonuna qədər özümüzü sübut etməliyik. Fikrimcə, dözmək üçün gücümüz də, heyətimiz də var. Çalışacağıq ki, bundan sonra da inamlı oynayaq. AZAL-la oyundakı qələbələrdən qazanaq.

AĞA
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq