Ölkə futbolu
"Qəbələ" "Borussiya" üçün istirahətsiz hazırlaşır
Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin “B…
Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin “Borussiya” (Dortmund) ilə oyununa hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” III tur çərçivəsində keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşır.
Topaz Premyer Liqasının VIII turunun oktyabrın 17-də “Neftçi”yə qarşı paytaxtda keçirilən oyunundan sonra istirahətə buraxılmayan əyalət təmsilçisi iki gün ADBTİA stadionunda məşq edib. Paytaxtdakı oyunun ertəsi fiziki hazırlıqla kifayətlənən futbolçuların dünənki məşqi iki qrupda gerçəkləşib. “Neftçi” ilə qarşılaşmanın iştirakçıları hazırlığı fiziki çalışmalarla yekunlaşdırıbsa, həmin oyunda meydana çıxmayanlar ardınca topla da məşq edib. Roman Qriqorçukun komandasının bu günə planlaşdırılan hazırlığı da paytaxtda baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də keçiriləcək. Matç Bakıdakı “Bakcell Arena”da baş tutacaq.