Bizi izləyin

Ölkə futbolu

“Qurdlar vadisi”ndə: Bəhmən, sən kimsən?

Topaz Premyer Liqasında mübarizə aparan komandaların ç?…

blank
Topaz Premyer Liqasında mübarizə aparan komandaların çıxışlarında, sərgilədiyi futbol və qazandıqları xallarda heç şühəsiz ki, baş məşqçilərin rolu olduqca böyükdü. Onların futbol fəlsəfəsi, özlərinin futbolçu karyerası, məşqçi kreslosundakı təcrübələri və nəticələri əlbəttə ki, hazırki komandalarının oyunlarına da sirayət edir. Futbolinfo.az saytı baş məşqçilərin karyeralarına ekskurs etməyi qərara aldı. Gəlin birlikdə 10 komandanın hər birinin baş məşqçisinin karyerasına birgə nəzər salaq.
 
Qurban Qurbanov (“Qarabağ”)
43 yaşlı mütəxəssis futbolçu karyerasını tarixin yaddaşına köçmüş “Daşqın”da başlayıb. 1990-cə ildən Zaqatala təmsilçisinin şərəfini qoruyan Qurbanov hücumçuluq bacarığını ilk mövsümdəcə ortaya qoymağı bacarıb – 54 oyunda 24 qol. Daha sonra Gürcüstan çempionatında “Alazani”nin şərəfini qoruyan Qurbanov 1 mövsüm sonra yenidən “Daşqın”a dönüb. Karyerası ərzində adlarını çəkdiyimiz komandalardan savayı, ölkəmizdə “Turan”, “Neftçi”, “Kür-Nur”, “İnter” klublarının şərəfini qorumuş forvard Rusiyada “Dinamo” (Stavropol), “Fakel” (Voronej), “Baltika” (Kalininqrad), “Volqar” (Həştərxan) kollektivlərinin uğurları üçün də tər töküb. Klub karyerası ərzində 402 dəfə yaşıl meydanlara çıxmış “Qarabağ”ın baş məşqçisi 181 qola imza atıb.
 
Qurban bəy 21 yaşlılardan ibarət yığma komandamızın heyətində keçirdiyi 3 oyunda 3 qola imza atıb. O, əsas millidə 67 dəfə forma geyinmək şansı qazanıb və 14 dəfə rəqib qapılarının torunu silkələyib.
 
2006-cı ildə “İnter”də idman direktoru postuna təyin olunan Qurbanov elə həmin ildəcə vəzifəsini və iş yerini dəyişib. 2006-2007 mövsümündə “Neftçi”nin baş məşqçisi vəzifəsinə təyin olunan Ağdam təmsilçisinin hazırki çalışdırıcısı 1 mövsüm sonra “Neftçi”də idman direktoru kimi fəaliyyət göstərib. 2008-ci ildən etibarən “Qarabağ”ın baş məşqçisidi. Buradakı nəticələrini saalamaq isə artıq yersizdi: klub onunla ən uğurlu dövrünü yaşayır.
 
Zaur Svanadze (“İnter”)
Gürcüstanın Kutaisi futbol məktəbinin yetirməsi olan Zaur Aleksandroviç 1976-1980-ci illərdə bu şəhərin “Torpedo” komandasının şərəfini qoruyub. Yarımmüdafiəçi mövqeyində çıxış edən Svanadze meydana çıxdığı 158 görüşdə 17 qola imza atıb. 1981-1989-cu illərdə Tiflis “Dinamo”sunda çıxış edib. 245 dəfə Gürcüstan flaqmanının formasını geyinmək şansı qazanan “İnter”in baş məşqçisi 8 dəfə rəqib qapıçıları məyus edib.
 
Əlbəttə ki, Svanadze üçün ən yaddaqalan görüş “Dinamo”nun heyətində Almaniya Demokratik Respublikasının “Karl Tseys” klubuna qarşı olub. Kuboklar Kubokunun finalında sosialist Almaniyası təmsilçisi ilə görüşdə 67 dəqiqə meydanda olan yarımmüdafiəçi 90 dəqiqənin bitimində fəxri trofeyi başı üzərinə qaldıranlar sırasında olub. 1990-cı ildə İsveçə yollanan Zaur Aleksandroviç bu ölkənin müxtəlif klublarında futbolçu karyerasının son 5 mövsümünü keçirib.
 
Məşqçiliyə də İsveçdə başlayan Svanadze 1995-2000-ci illərdə “Ellivare” klubunu çalışdırıb. 2001-ci ildən vətəninə dönən sabiq yarımmüdafiəçi 2001-2003-cü illərdə Tiflis “Lokomotiv”ində məşqçi kimi fəaliyyət göstərib. 2005-2006-cı illərdə Tiflis “Dinamo”sunda köməkçi-məşqçi vəzifəsini icra edən Svanadze 2006-2008-ci illərdə Gürcüstan yığmasında eyni vəzifənin sahibi olub. Daha sonra Gürcüstanın 19 və 21 yaşlılardan yığmalarında məşqçilik fəaliyyətini davam etdirən 57 yaşlı mütəxəssis 2012-ci ildə “İnter”ə gəlib. Cari mövsümün əvvəlindən komandada baş məşqçi vəzifəsinə təyin edilib.
 
Roman Qriqorçuk (“Qəbələ”)
Futbolçu karyerasına Ukraynanın “Prikarpatye” klubunda başlayan 50 yaşlı mütəxəssis hücumçu olub. İlk komandasının heyətində 80 dəfə meydana çıxmış forvard 28 qola imza atıb. Onun Ukraynada şərəfini qoruduğu digər klub “Krivbass” olub. Qriqorçuk Avstriya, Polşa, Rusiya və Latviya çempionatlarında da çıxış edib. Klub karyerası ərzində 274 dəfə yaşıl meydanlara çıxmış Roman İosifoviç 117 qola imza atıb.
 
1998-ci ildən Latviyanın “Dinaburq” komandasında oynayan məşqçi funksiyasını yerinə yetirən mütəxəssis bu Baltikyanı ölkənin komandasında 2005-ci ilədək çalışıb. Karyerasının növbəti 4 ilini də Latviyada keçirən Qriqorçukun növbəti komandası “Ventspils” olub. Daha sonra vətəninə dönən ukraynalı mütəxəssis “Metallurq” və “Çernomorets”də üst-üstə 5 mövsüm keçirib. 2015-ci ildən “Qəbələ”nin baş məşqçisidi.
 
Samir Əliyev (“Neftçi”)
Peşəkar futbolçu karyerasına 18 yaşında start verən 36 yaşlı mütəxəssisin ilk klubu “Bakılı” olub. Lakin “lı” şəkilçisinin əlavəsi ilə paytaxtımızın adını daşıyan klubda Əliyev cəmi 1 oyun keçirib. 1997-1998 mövsümündə MOİK-in şərəfini qoruyan eks-forvard 18 oyunda 13 qola imza tıb. Daha sonra “Kəpəz”, “Dinamo”, “Xəzər Lənkəran”, “İnter”, “Simurq”, “Turan” kimi yerli klubların formasını geyinən Samir bəy legioner həyatı da yaşamağa macal tapıb. O, Ukraynanın “Volın” və Rusiyanın “Uralan” klublarının da şərəfini qoruyub. Klub karyerası ərzində 270 dəfə meydana çıxan Əliyev 92 qola imza atıb.
 
Əliyev 1997-2007-ci illər ərzində milli komandamızın şərəfini qoruyub. Bu müddət ərzində 31 dəfə milli formanı geyinən futbolçu 2 qola imza atıb. 2015-ci ildən “Neftçi”nin baş məşqçisidi.
 
Tərlan Əhmədov (AZAL)
Futbolçu karyerasına 1989-cu ildə Bakının “Termist” klubunda başlayan Tərlan bəy daha çox müdafiəçi kimi tanınsa da, onun taleyinə hücumçu olmaq da yazılıb. 20 illik karyerası ərzində ölkəmizdə “Neftçi”, “Turan”, “Qarabağ”, U-18, “Karvan”, “Olimpik” (hazırki AZAL) komandaları ilə yanaşı, 43 yaşlı mütəxəssis ölkə xaricində də forma geyinib. Rusiyanın “Terek”, “Anji” və “Fakel”, İranın “İstiqlal”, habelə Ukrayna “Tavriya”sının şərəfini qoruyan Əhmədov klub karyerası ərzində 400-dən çox oyun keçirib. Bu oyunlarda 40-a yaxın qola imza atıb. Dəqiq rəqəmlərərin olmaması Tərlan bəyin İran karyerası ilə bağlıdı. Çünki “İstiqlal”da keçirdiyi mövsüm neçə dəfə meydana çıxdığı, fərqlənib-fərqlənməməsi barədə səlist məlumat yoxdu. İrandakı oyunları nəzərə almadıqda isə Əhmədov 411 oyuna 38 qol vurub.
 
Əhmədov uzun illər millimizin şərəfini də qoruyub. 13 il ərzində yığma forması geyinmək şansı qazanan Tərlan bəy 71 dəfə yaşıl meydana çıxıb.
 
2009-cu ildən məşqçilik fəaliyyətinə başlayan Tərlan bəyin debütü “Xəzər Lənkəran”da olub. O, cənubluların 2-ci məşqçisi olub. Daha sonra “Neftçi”də eyni vəzifəni yerinə yetirən mütəxəssis 2013-cü ildə “ağ-qaralar”ın “sükanı arxasına” keçib. 2014-cü ildən isə AZAL-ı çalışdırır.
 
Yunis Hüseynov (“Xəzər Lənkəran”)
1984-cü ildə peşəkar karyerasına start verən Hüseynovun ilk klubu “Neftçi” olub. 7 il ərzində 160 dəfə SSRİ çempionatlarında “ağ-qara” forma geyinmiş yarımmüdafiəçi 28 qola imza atıb. Müstəqilliyimizin ilk ilini də 50 yaşlı mütəxəssis “Neftçi”də keçirib. Bundan sonra 1 mövsüm İranda oynamış Hüseynov yenidən vətənə dönüb. Karyerası ərzində o, “ANS Pivani” və “Kəpəz”in də şərəfini qoruyub. Klub karyerası ərzində Hüseynov (İran karyerası barədə statistik məlumatlar yoxdu) 333 dəfə forma geyinib və 95 qola imza atıb.
 
O, 1993-98-ci illərdə millimizin də şərəfini qoruyub. Yunis bəy 34 dəfə milli formanı geyinib və 4 qola imza atıb.
 
Təcrübəli mütəxəssisin məşqçi kimi ilk iş yeri Yevlaxın “Karvan” komandası olub. İlk mövsümdəcə komandasına gümüş medallar qazandıran Hüseynov 2007-ci ilədək bu klubda çalışıb. Hüseynov paytaxtın “Standard”, habelə Lənkəranın “Xəzər Lənkəran” komandalarını da çalışdırıb. Onun budəfəki gəlişi “Xəzər Lənkəran”karyerasında 2-ci cəhdidi.
 
Samir Abasov (“Sumqayıt”)
2001-2002 mövsümündə Qusarın “Şahdağ-Samur” klubunda debüt edən Abasov bundan sonra “Neftçi”, “Qarabağ”, “Karvan”, “İnter” və “Sumqayıt”ın formasını geyinib. Klub karyerası ərzində 230 dəfə yaşıl meydanlara çıxan dayaq yarımmüdafiəçisi 7 qola imza atıb.
 
Abasovun milli karyerası da zəngidi. O, 2004-2011-ci illərdə yığma komandamızın heyətində 46 oyun keçirib. “Sumqayıt”ın əvəzediciləri ilə işləyən Samir bəy Aqil Məmmədovun xələfidi.
 
Şahin Diniyev (“Kəpəz”)
1984-cü ildə Mingəçevirin “Avtomobilçi” komandasında peşəkar futbolçu karyerasına start vermiş Diniyev keçirdiyi 32 görüşdə 4 qol vurub. Daha sonra “Gənclik”, “Neftçi”, “Kəpəz”, “Fərid”, “Dinamo” kimi yerli klubların şərəfini qorumuş forvard ölkə xaricində də çıxış edib. O, Moldovanın “Nistru”, Rusiyanın “Fakel” və “Terek”, habelə İsrailin “Beytar” və “Hapoel” klublarının şərəfini qoruyub. Diniyev 14 illik klub karyerası ərzində 329 dəfə yaşıl meydanlara çıxıb və 54 qola imza atıb.
 
Şahin bəy müstəqillik dönəmində yığmamızın kapitanı olub. 16 dəfə milli forması geyinmək şansı qazanan 49 yaşlı mütəxəssis 2001-ci ildən məşqçilik fəaliyyətinə başlayıb. Onun çalışdırdığı ilk klub vaxtilə şərəfini qoruduğu Qroznı “Terek”i olub. Diniyev “Qarabağ”, “Kəpəz” və “Rəvan”la yanaşı, yenidən “Terek”də çalışmaq imkanı qazanıb. O, milli komandamızın da “sükanı arxasında” dayanmaq şansı əldə edib. 2005-2007-ci illərdə yığmamızın baş məşqçisi olan Diniyev üçün ən yaddaqalan oyun Bakıda Finlandiya yığmasına qarşı olub. Həmin matçda millimiz 1:0 hesabı ilə qələbə qazanıb.
 
Adil Şükürov (“Zirə”)
Futbolçu karyerası ərzində AZAL, “Zabrat”, “Fərid”, “Şəfa”, “Kəpəz”, “Karvan”, “Gənclərbirliyi”  kimi klubların şərəfini qorumuş 38 yaşlı sabiq müdafiəçi İranın “Traktor Sazi” klubunda da çıxış edib.
 
2008-ci ildə butslarını “mismardan asan” Şükürov 2008-2009 mövsümündə 15 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi işləyib. 2010-2011-də U-17-nin baş məşqçisi vəzifəsini icra edən gənc mütəxəssis daha sonra “Bakı” klubunun müxtəlif yaş qruplarını çalışdırıb. 2015-ci ildən “Zirə”nin baş məşqçisidi.
 
Bəhmən Həsənov (“Rəvan”)
Peşəkar futbolla məşğul olmayıb. Məşqçi kimi yalnız “Rəvan”da işləyib. 2011-ci ildə komandanın “sükanı arxasına” keçən Həsənov 2012-də bu vəzifəyə 2 dəfə təyin olunub. Əvvəlcə fevral-iyun aylarında, daha sonra isə avqust-sentyabr aylarında “Rəvan”ın baş məşqçisi olub. Ötən tur Emin Quliyevin istefasından sonra “Rəvan”ın baş məşqçisi kimi “poker”ə imza atıb.
 
CEYHUN ƏLİYEV
 
P.S.: Bu mövsüm istefa verən Aqil Məmmədovla Emin Quliyevi də nəzərə alsaq, Bəhmən Həsənovdan başqa bütün məşqçilər parlaq karyeraya malikdi. Aqillə Emin də uzun illər milli komandada, müxtəlif klublarımızda forma geyib, hətta legioner karyerası da yaşayıb. Mənə maraqlıdı belə simaların içində, Bəhmən, sən kimsən?
 
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm