Əvəzedicilər
"Rəvan"ı 2, XL-i 1 futbolçusu ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 8-ci tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Rəvan” – “Kəpəz” matçının 55-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu İmran Təhmirazlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunur. Həmin oyunun 90+3-cü dəqiqəsində yenə“Rəvan”ın futbolçusu Hüseyn Axundov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – AZAL matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Həmin matçın 31-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Əli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 100 manat cərimə kəsilib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…