Bizi izləyin

Müsahibə

Dasayev Bakıda: “Niyə imkan vermədilər ki?!”

Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunun I m…

blank
Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində “Rəvan” Moskva “Spartak”ı ilə qarşılaşacaq. Dünən Bakıya təşrif buyuran rusiyalı qonaqlar arasında SSRİ yığmasının və “Spartak”ın sabiq qapıçısı, əfsanəvi Rinat Dasayev də var. 1988-ci ildə Avropa vitse-çempionu olan, həmin il dünyanın ən yaxşı qapıçısı seçilən, 3 dəfə dünya çempionatının final mərhələsində iştirak edən Dasayev futbolinfo.az saytının suallarını cavablandırıb. Müsahibə verməkdə tərəddüd edən Dasayev veteran futbolçu, dostluq etdiyi Vəli Qasımovun “bu, bizim təcrübəli jurnalistlərimizdi” deməsindən sonra qısa söhbətə razılıq verib.
 
 Uzun fasilədən sonra yenidən Bakıya gəlmisiz. Şəhərimiz haqda ilk təəssüratlarınız necədi?
– Həqiqətən də çoxdandı Bakıda olmurdum. Açığı, gördüklərim məni yaxşı mənada şoka saldı. Şəhər tam dəyişib. Bakı Avropa şəhərinə bənzəyir. Bir sözlə, təəssüratlarım böyükdü. Lakin hələ şəhəri gəzməmişəm.
 
– Bakıya son səfərinizi xatırlayırsızmı?
– 1988-ci il idi. Həmin vaxt “Neftçi” güclülər dəstəsində çıxış edirdi.
 
– Belə çıxır ki, müstəqillik dönəmində ölkəmizə olmamısız. Hərçənd, sovet futbolunun veteranların iştirakı ilə dəfələrlə yoldaşlıq oyunları keçirilib…
– Müstəqillik illərində Bakıda olmamışam. Buna vaxtım olmayıb.
 
– Karyeranızın əvvəlinə qayıdaq, 1982-ci ildə İspaniyadakı dünya çempionatında parlayan Rinat Dasayev həmin mundialı necə xatırlayır? Şotlandiya ilə oyunda hətta sizə şüşə qab da atmışdılar…
– Dünya çempionatları həmişə birinci, ən yüksək yeri tutur. Çünki bura dünyanın bütün ulduz futbolçuları və ulduz komandaları qatılır. Onlara qarşı oynamaq xoşdu. Ümumiyyətlə, qatıldığım hər 3 çempionat yadımdan çıxmaz. Onlarla bağlı təəssüratlarım böyükdü. Məncə, mundialda oynayanlar heç vaxt bunu unutmayacaq.
 
– İspaniyada keçirilən dünya çempionatında debütünüz Braziliya yığmasına qarşı idi…
– 1:2 hesabı ilə uduzsaq da, bu, hakimin sayəsində gerçəkləşdi. Qolumuzu saymadı, penaltini vermədi. Biz həmin qarşılaşmada uduzmaya da bilərdik.
 
– Braziliya həmin çempionatın favoritləndən idi…
– Bəli, onlar həqiqətən möhtəşəm heyətə sahib idilər. Amma uduzmamağımız da mümkün idi.
 
– Növbəti mərhələnin Polşa ilə oyununda qələbə qazana bilməməyiniz müzakirə olunur. Hətta Andrey Bal sizə qalib gəlməyə imkan verilmədiyini deyib. Bu fikirlə razısız?
– Niyə imkan vermədilər ki?! Biz özümüz qələbə imkanlarını qaçırdıq. Çox olmasa da, 2-3 qol şansımız oldu. Onlardan birini vursaydıq, yarımfinala çıxırdıq. İtaliya ilə oyunun necə olacağını isə demək çətindi. Bütün söz-söhbətlər də qurtaracaqdı. Burada Valeri Lobanovski ilə Konstantin Beskovun hansı heyəti buraxmaqla bağlı mübahisəsinin rolu oldu. Deməzdim ki, düzgün olmayan heyətlə oynadıq. Amma oyunumuz nəsə alınmadı.
 
– 1988-ci ildə dünyanın ən yaxşı qapıçısı seçilməyinizi gözləyirdiniz? Bu, hər adama nəsib olmur…
– Yaxşı oynadığımı bilirdim. Amma bunu gözləmirdim. Mənə bu haqda deyəndə çox sevindim. Kiyev “Dinamo”su ilə oyundan əvvəl xaricdən qonaqlar gəldi və məni mükafatla təltif etdilər.
 
– 1986-cı ildəki dünya çempionatında SSRİ  yığmasından uğurlu nəticə gözləsələr də, Belçika ilə oyunda uduzdu. Mübahisəli qollarla uduzduğunuz matçda nə baş verdi?
– Yenə hakimlər öz sözünü dedi. İspaniyalı yan xətt hakimi bayrağı qaldırıb, sonra endirdi. Bizim bəxtimiz gətirmədi. Xoşbəxtlik tərəfimizdə deyildi. Təsadüf belçikalıların qələbəsinə səbəb oldu.
 
– AVRO-1988-də hollandiyalı Marko van Bastenin sizə vurduğu məşhur qolu tez-tez xatırlayırsız?
– Heç bilmirəm, onu xatırlayım ya yox. O, həmin nöqtədən “çərçivə”yə düşdü. Belə deyərdim ki, van Basten vurdu, ən yaxşı futbolçu seçildi. Dasayev van Bastendən qol buraxdığı üçün ən yaxşı qapıçı seçildi. Onu da xatırlayırlar, məni də.
 
– Yeri gəlmişkən, həmin matçda Belanov da penaltini qaçırdı…
– Bəli, elədi.
 
– Bakıya 27 ildi gəlmədiyinizi dediz. Amma vaxtilə ölkəmizə çox gəlmisiz. Ən yaddaqalan səfəriniz hansı olub?
– İlini xatırlamıram. Amma 2:1 hesabı ilə qalib gəldik. Komandanızın – “Neftçi”nin yeganə qolunu İqor Ponomaryov penaltidən vurdu. Həmin vaxt penaltini qaytarmağa çox yaxın idim. Topa toxunmağa azacıq qaldı.
 
– 1983-cü ildə 3:4 hesabı ildə uduzduğunuz matçı xatırlayırsız? “Neftçi” Dasayevə 4 qol vurmuşdu! 
– Təbii ki, xatırlayıram. Amma deyəsən, 1983-cü il deyildi. Səmədağa Şıxlarov vurmuşdu həlledici qolu.
 
– Azərbaycan futbolunun indiki durumundan xəbəriniz varmı? İki klubumuz Avropa Liqasının qrupunda oynayır. Bu turniri izləyirsizmi?
– Əlbəttə, avrokubokları izləyirəm. Azərbaycanlı futbolçular heç də ümidlərimi tam doğrultmur. Baxırsan ki, texnikalı, ustalıq səviyyəsi yüksək futbolçularınız var. Amma onlarda nəsə çatmır. Bəlkə taktika, bəlkə, mütəşəkkil oyun nümayiş etdirmirlər, bəlkə də hələ gəncdirlər. Avropada oynamaq üçün müdafiə olunmağı da bacarmaq lazımdı. Ola bilər ki, zəif oynayıb 1:0 hesabı ilə qalib gələsən. Ola bilər yaxşı oynayıb, uduzasan.
 
– Ötən ay “Qəbələ” Avropa Liqasında Rusiya “Krasnodar”ı ilə görüşdü. Bu matç haqda nə deyə bilərsiz?
– Qarşılaşmanı izləmədiyimdən nəsə deyə bilmərəm.
 
– Azərbaycanlı futbolçularından kimisə tanıyırsız?
– İndikilərdən? Heç birini tanımıram.
 
– Bəs zəmanənizin oyunçularından? Məsələn, sizin kimi qapıçılardan…
– Əlbəttə ki, Sergey Kramarenko. Onu tanımayan var idi?! Futbolçulardan isə İqor Ponomaryovla Maşallah Əhmədovu xüsusi qeyd edərdim. Ümumiyyətlə, yaxşı futbolçularınız olub. Bakıya gəlib qələbə qazanmaq asan olmurdu. Bunun üçün çox güc sərf etməli idin.
 
– Bizim oyunçulardan qapıçı Dasayev üçün ən təhlükəli hücumçumuz kim olub?
– Ponomaryov çox təhlükəli idi. Düzdü, hücumçu deyildi, onların arxasında oynayırdı. Amma meydanda hər şeyi etməyi bacarırdı. Həm ötürmə verməyi, həm qol vurmağı.
 
– Ponomaryov həm də penaltilərin mahir ifaçısı kimi ad çıxarıb. Qapıçı kimi bunun sirrini nədə görürsüz?
– O, zərbə zamanı bir anlıq pauza götürürdü. Topa yaxınlaşıb, ani fasilə verirdi. Belə vəziyyətdə qapıçı da müəyyən reaksiya verirdi. Ponomaryov isə topu əks istiqamətə vururdu. İndi artıq bunu qadağan ediblər.
 
– Klublarımızı izləmədiyinizi dediz. Amma son illərdə Azərbaycan və Rusiya yığmaları da bir neçə dəfə qarşılaşıb. Bu görüşlərə baxmısız?
– Yox, həmin oyunlara baxmamışam.
 
 – “Spartak” UEFA Gənclər Liqasının ilk oyununda “Rəvan”a 4:0 hesabı ilə qalib gəlib. Qalib gələn komandanız Bakıdakı cavab oyununa köklənə bilibmi?
– Qarşımıza hər matçda qalib gəlmək vəzifəsi qoyulub. İlk oyunun 4:0 hesabı ilə nəticələnməsinin nə fərqi var ki? Lap 5:0, 6:0 olsaydı da biz qələbəyə köklənəcəkdik.
 
– İlk oyundakı hesabı ədalətli saymaq olar?
– Düşünürəm ki, tablodakı nəticə qüvvələrin nisbətini əks etdirirdi.
 
– Hətta baxmayaraq ki, ilk yarıdan sonra qapılara qol vurulmamışdı?
– “Spartak” böyük ərazi üstünlüyünə malik idi. Çoxsaylı qol epizodları yaratdıq. Zənnimcə, təmsilçiniz fasilədən sonra yoruldu. Bizim uşaqlar da bundan maksimum yararlandılar.
 
– Komandanızın məskunlaşdığı otelə gələndə Azərbaycan futbolunun tanınmış siması Vəli Qasımovu da yanınızda gördük. Onunla tanışlığınız SSRİ dövründən yaranıb, yoxsa hər ikinizin çıxış etdiyi İspaniyada?
– Biz İspaniyada dostlaşmışıq. Karyeramı “Sevilya”da bitirəndə, o şəhərin digər klubuna keçmişdi. Mən də onlara bəzi işlərdə kömək edirdim.
 
– Qasımovun “Betis”, sizin “Sevilya”da çıxış etdiyiniz vaxtlar üst-üstə düşmədiyindən Sevilya şəhərinin derbisində üz-üzə gəlməyiniz də mümkün olmayıb?
– Vəli İspaniyaya gələndə mən karyeramı bitirmişdim.
 
– Qasımovdan başqa digər azərbaycanlı futbolçularla əlaqə saxlayırsızmı?
– Hələlik ancaq Vəli ilə.
 
– Onun Rusiya karyerası  sizin uzun illər oynadığınız “Spartak”da başlasa da alınmayıb. Sonradan “Dinamo”da parlayan hücumçuya “Spartak”da nə çatmadı?
– Yanımızda oturub, elə özündən soruşun.
 
– Amma bir “spartakçı” kimi, siz də nəsə deyə bilərsiz…
– Həmin vaxt “Spartak”da deyildim. Bu üzdən heç nə deyə bilmərəm.
 
– Daim üstünüzdə Quran gəzdirdiyiniz deyilir…
– Bəli. İndi də üstümdədi. Boynumdan asmışam.
 
– SSRİ vaxtı belə məsələlər qadağan idi…
– Mənə “Quran”ı qadağan etsələr də, öz inandığıma inanırdım. Bunu da gizlətmirdim. Öz işimi görürdüm.
 
 
– Sizin akademiyanız da var idi…
– Artıq yoxdu. Bağlanıb.
 
– Həmin akademiyanın yetirməsi Murad Ağayev milliləşərək yığmamıza cəlb olunub. Hazırda da ölkəmizdə çıxış edir. Onu xatırlayırsız?
– Bilirəm, tanıyıram. Çox yaxşı futbolçudu. İstedadlı, texnikalı futbolçudu. Həm də ağıllı oyunu ilə seçilir. Əvvəl əsas milliyə də çağırıldığını bilirəm. Amma indi harda olduğundan xəbərim yoxdu. Karyerasını erkən bitirməyib ki?
 
 
– O, hazırda “Sumqayıt”dadı. Sizin Bakı planlarınız necədi? Oyundan sonra Moskvaya qayıdırsız?
– Sabah oyundu. Sonra qalıb istirahət edəcəyik. Moskvaya ertəsi gün dönürük.
 
– Şəhəri gəzməyə vaxtınız olacaq?
– Vəli ilə çıxıb, gəzəcəyik. Sabah yenə onunla görüşməliyik.
 
– Digər veteran futbolçulardan kiminləsə görüşmək planınız var?
– İqor Ponomaryov, İsgəndər Cavadov, kim olsa, görüşməyə hazıram. Niyə də görüşməyim?! Amma hələlik bununla bağlı konkret planım yoxdu.
 
CEYHUN ƏLİYEV

 

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-18 01:58

ÇL: “Real” və “Bayern” yarımfinalda!

blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Digər idman növləri2024-04-17 21:06

Baxşıyev “Xəzri”yə məğlubiyyəti şərh etdi

blank
Digər idman növləri2024-04-17 20:48

“Azərreyl” finalda

blank
Digər idman növləri2024-04-17 20:19

Ağcabədidə məktəblilər yarışdı

blank
Dünya futbolu2024-04-17 20:00

Dele Allinin mundial arzusu

blank
Digər idman növləri2024-04-17 19:38

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-17 19:19

Boksçularımız Avropa çempionatında mübarizə aparacaq

blank
Dünya futbolu2024-04-17 19:00

Haller Dortmunddan ayrılacaq

blank
Digər idman növləri2024-04-17 18:41

Kubokun ilk finalçısı bəlli oldu

blank
Digər idman növləri2024-04-17 18:22

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşırlar

blank
Digər idman növləri2024-04-17 18:03

İlk finalçı müəyyənləşdi

blank
I Liqa2024-04-17 17:49

“Mingəçevir” uduzdu, “Şamaxı” qalib gəldi

blank
I Liqa2024-04-17 17:34

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi

blank
Ölkə futbolu2024-04-17 17:17

Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”

blank
Dünya futbolu2024-04-17 16:59

Romario 58 yaşında karyerasını bərpa etdi

blank
Dünya futbolu2024-04-17 16:41

Daha bir özbək İtaliyaya köçür

blank
Dünya futbolu2024-04-17 16:22

“Atletiko” antirekordunu təkrarladı

blank
Müsahibə2024-04-17 16:07

Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”

blank
Premyer-liqa2024-04-17 15:50

“Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-04-17 15:33

Azərbaycanlı bilyardçı Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-17 15:15

MHL-də pley-offun son cütlükləri də məlum oldu

blank
Digər idman növləri2024-04-17 14:57

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2024-04-17 14:39

Yüksək Liqada 19-cu turun hakim təyinatları

blank
Dünya futbolu2024-04-17 14:24

“Milan”da yeni müqavilə

blank
Premyer-liqa2024-04-17 14:07

Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-04-17 13:52

“Neftçi” ilə oyun bizim üçün həlledicidir”

blank
Dünya futbolu2024-04-17 13:37

“Barselona”nın futbolçuları tarixə düşdülər

blank
I Liqa2024-04-17 13:20

I Liqada 22-ci turun hakimləri bəlli oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm