Ölkə futbolu
"Qarabağ" bir qol vurdu, o da həlledici oldu"
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rə…
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Ingiltərənin “Tottenhem” klubunun müdafiəçisi Yan Vertongen sabah “Anderlext”ə qarşı keçirəcəkləri matçdan danışıb. Futbolinfo.az xəbər verir ki, məşhur futbolçu açıqlamasında “Monako” – “Qarabağ” matçına da toxunub.
Vetrongen bildirib ki, qrup mərhələsi həddən artıq gərgin keçəcək: “Qrup mərhələsi maraqlı başladı və görünür ki, gərgin keçəcək. Sabah “Anderlext”ə qarşı oynayacağıq. Bu görüş həm bizim, həm də rəqib üçün vacibdir. Belçika təmsilçisinin hücum xətti həddən artıq güclüdür. Onların “Monako”ya və “Qarabağ”a qarşı oyununa baxdım. Çox yaxşı çıxış ediblər. Sadəcə Azərbaycan təmsilçisi bir qol vurdu və o da həlledici oldu. Heyətimizdə çox itkilər var. Bu bizə çox problemlər yaradır. Amma öhdəsindən gəlməyə çalışacağıq”.
Belçikalı müdafiəçi “Monako” – “Qarabağ” görüşünün də maraqlı olacağını sözlərinə əlavə edib: “Monako” və “Qarabağ” arasındakı görüş olduqca maraqlı keçəcək. Bu komandaların hər iksinə qarşı oynamışıq və güclərinə bələdik. Heç bir komandanı özümüzdən zəif saymırıq. Bizi maraqlı sonluq gözləyir”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var