Bizi izləyin

Premyer-liqa

Bəhmən Həsənovun uğursuz "Pro"su və ilk dəfə "sarı"sız

Topaz Premyer Liqasında IX tur başa çatar-çatmaz X tur…

blank
Topaz Premyer Liqasında IX tur başa çatar-çatmaz X turu düşünürük. Amma oktyabrın 28-də reallaşacaq X tura qədər olan qısa fasilədən istifadə edib IX turun buraxdığı izlərə işıq sala bilərik.
Əhmədov sabiq komandasına qalib gəldi
IX tur sensasiya ilə başladı. Əslində, “Neftçi”nin hazırda məğlub olmasında hər hansı bir ciddi sensasiya axtarmağa dəyməz. Amma 200, 300 manat alan AZAL futbolçularının 10 milyonluq “Neftçi”ni üstələməsi  sensasiyadan daha artığıdır. 
Həmin gün meydançada istəkli, döyüşkən, mübariz, pulu axırıncı plana atıb, oynamağı düşünən AZAL sönük, məqsədi bilinməyən, futbol oynayım ya oynamayım tərəddüdü arasında qalan “Neftçi”ni sözün hər bir mənasında üstələdi.
Xatırlayırsınızsa, VIII turda istefa verən Samir Əliyevin bu istəyi qəbul olunmamışdı. Əslində, düzgün  addımdır. Sözübütöv, futbolda bəhanələr axtarmayan, güclü karyerası olan Samir Əliyev “Neftçi”dən getməli olan sonuncu adamdır. Ona qədər isə çox adamlar getməlidir ki, yenidən əvvəlki “Neftçi”ni görə bilək. Ən azından oyun mənasında… 
Ağacanov döndü…
IX tur AZAL-ın qapıçısı Amil Ağacanovun dönüşü ilə də əlamətdar oldu. Ötən ilin sonlarında hakimi təhqir etdiyinə görə 9 oyunluq cəzalandırılan Amil cari çempionatın məhz IX turunda geri döndü. Stanislav Namaşkonun potensial əvəzləyicisi kimi oyunun protokolunda göstərilən təcrübəli qapıçı yəqin ki, bundan sonra əsas heyətdə oynamaq üçün can atacaq…   
Bu dəfə Pro ilə uğursuz dönüş
IX tur Bəhmən Həsənovun Premyer Liqada növbəti başlanğıcı oldu. Xeyr, hər hansı bir başqa komandada yox, məhz “Rəvan”da! Artıq 5-ci dəfədir ki, “Rəvan”ın baş məşqçisi kimi işə başlayan Həsənovun budəfəki gəlişi uğursuz alındı. Adətən, Həsənov qayıdanda komanda nisbətən fəal oyun nümayiş etdirirdi. Karyerasında nəzəri cəhətdən müəyyən inkişafa nail olub, Pro lisenziyası alan məşqçi bu dəfə komandanı oyuna hazırlaya  bilməmişdi. Məsələ burasındadır ki, Zaur Svanadzenin rəhbərlik etdiyi “İnter”ə qarşı matça  “Rəvan”ın oyun stili tez bir zamanda yararsız oldu. Əlahiddə heç nə edə bilməyən “sarı-qırmızılar” növbəti məğlubiyyətini məhz “İnter”dən aldı. 
Sarı vərəqəsiz oyun 
Turun maraqlı görüşlərindən biri də Gəncədə baş tutdu. “Kəpəz” doğma meydançasında tarixinin ən acı günlərini yaşayan, protokolu tam doldurmaq üçün futbolçu tapa bilməyən “Xəzər Lənkəran”ın dizini yerə gətirdi.Cari mövsüm adından söz etdirən hücumçu Dario Federiko elə bir qol vurdu ki, “ağ-yaşıllar”ın ruhu da incimədi.  18 min azarkeşin izlədiyi oyunda 1 qol olsa da, baş hakim Ömər Paşayev bir dəfə də olsa əlini cibinə atmadı, sarı vərəqə göstərmədi. Bunu cari mövsümün ilki kimi qələmə verməliyik. 
Sakit Diniyev coşdu
Oyundan daha çox müzakirə olunan məsələ isə “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin mətbuat konfransında səsləndirdiyi fikirlər idi. Cəsarətli çıxışı ilə klub rəhbərliyinə qarşı belə demək mümkünsə, üsyan edən 50 yaşlı mütəxəssisi bu addımı ilə kreslonu itirməkdən qorxmadığını göstərmiş oldu. Sonuncu dəfə belə bir tələblə, istəklə çıxış edən azərbaycanlı məşqçini xatırlamaq çox çətindir. 
“Zirə” liderlərsiz xalla döndü
Turun bəlkə də ən sönük oyunu Qəbələdə reallaşdı. Hazırda iki cəbhədə, bir az sonra isə 3 cəbhədə mübarizə aparacaq olan “Qəbələ” zədədən mükün qədər qaçmağa çalışdı. “Zirə” isə elə oyunun ilk dəqiqələrindən öz istəyini ortaya qoydu. Əsas məqsəd qol buraxmamaq və evə xalla dönmək idi. “Zirə”nin bu qədər ehtiyatlı oynamasında  sözsüz ki, liderləri – Rəşad Abdullayevlə Viktor İqbekoyinin kənarda olması da rol oynayırdı. Amma bütün bunlara baxmayaraq, “Zirə” səfərdə çempionluğa iddialı “Qəbələ”dən xal almağı bacardı. 
“Sumqayıt” – “Qarabağ” oyununda ilklər
IX turun yekunu bir qədər gözlənilməz alındı. Sonuncu çempion və hazırda da çempionluğa ən iddialı komanda olan “Qarabağ”ın nəinki səfərdə, dünyanın hər yerində “Sumqayıt”a uduzması bir qəribəlikdir. “Sumqayıt”ın gücünü, oyununu, əziyyətini kiçiltmək kimi bir niyyətimiz yoxdur. Bu müqayisə kimisə kiçiltməkdən daha çox, reallıqdır, əslində. Amma istənilən halda “Sumqayıt” – “Qarabağ” oyunu tura damğasını vurdu.
1. “Sumqayıt” cari mövsümdə ilk qələbəsini qazandı.
2. Samir Abasov baş məşqçi kimi ilk qələbəsini qazandı.
3. Samir Abasov baş məşqçi kimi ilk qələbəsini sabiq klubuna qarşı oyunda qazandı.
4. “Qarabağ” cari mövsümdə ilk dəfə məğlub oldu.
TİMUÇİN
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Premyer-liqa2024-05-04 16:55

“Kəpəz” “Sumqayıt”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm