Ölkə futbolu
Subaşiç: "Qarabağ"la oyundan sonra uğurlu seriyaya başladıq
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarab…
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə qazanan “Monako”nun qapıçısı Daniel Subaşiç Fransa çempionatının son turunda “Reyms”lə (1:0) oyundan sonra yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, açıqlamasında təmsilçimizə qarşı keçirdikləri oyundan da danışıb.
Subaşiç “Reyms” üzərindəki qalibiyyətdə “Qarabağ”la oyundakı qələbənin də rolu oldğunu bildirib: “Biz uğurlu yoldayıq. “Qarabağ”la oyundan sonra uğurlu seriyaya başladıq. Ümid edirəm ki, bu mübarizəmiz belə də davam edəcək. Demək olar ki, tam özümüzə gəlmişik. Son oyunlardan razıyam. Həm Avropa Liqasında, həm də daxili liqada yaxşı oynamalıyıq”.