Premyer-liqa
"Neftçi"nin legioneri cəzalandırıldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 9-cu turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
AZAL – “Neftçi” matçının 90+4-cü dəqiqəsində qonaq komandanın futbolçusu Jairo Rodriges Filyo sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub.