I Liqa
“Şəmkir” və “Mil-Muğan”a cəza yağmuru
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun VI turun oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Turan Tovuz” – “Neftçala” matçında ev sahiblərinin 4, qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.
“Şəmkir” – “Mil-Muğan” matçının 69-cu dəqiqəsində qonaqların futbolçusu Səccad Kerman idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub. Həmin matçın 89-cu dəqiqəsində qonaq komandanın futbolçusu Sərxan Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, kluba 200 manat cərimə kəsilib. Oyunun 89-cu dəqiqəsində qonaqların futbolçusu Laki Hiro Bomidele kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində qonaqların futbolçusu Zöhrab Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq