Dünya futbolu
Türkiyə millisinin AÇ-2016-dan kənarlaşdırılması üçün kampaniya başlatdılar
Türkiyə futbolu ilə bağlı daha bir qalmaqal gündəmə g?…
Türkiyə futbolu ilə bağlı daha bir qalmaqal gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, bir müddət öncə Avropa Çempionatının (AÇ-2016) final mərhələsinə vəsiqə qazanan Türkiyə millisinin sözügedən yarışdan kənarlaşdırılması istənilib.
Qardaş ölkə mətbuatının yazdığına görə, bu addımı yerli "Trabzonspor" klubunun bir qrup azarkeşi atıb. Onlar sözügedən turnirdə finala vəsiqə qazana bilməyən Hollandiya, Danimarka, Macarıstan, Norveç, Bosniyaa və Hersoqovina, Ukrayna, İsveç ve Sloveniya olmaqla, Avropanın bir çox ölkəsinin media və federasiyalarına yazılı mətnlə müraciət ediblər. Bu barədə yeni kampaniya başladan fanatlar UEFA və Türkiyə Futbol Federasiyasının "oyun alqı-satqısı"na görə "Fənərbaxça"nı cəzalandırmadığını qeyd ediblər.
Qeyd edək ki, "Trabzonspor"lular artıq xeyli müddətdi 2010-2011-ci il mövsümündə Türkiyə Superliqa çempionunun özləri olduğunu, "Fənərbaxça"nın saxtakarlıqla bu ada sahib çıxdıqlarını deyirlər. Bu məsələ ilə bağlı "Fənərbaxça" prezidenti bir müddət həbsdə oldu, klub 2 mövsümlük avrokuboklardan kənarlaşdırıldı. Lakin trabzonlular çempion adının və kubokun onlara verilməsini tələb edirlər.
- Premyer-liqa2024-04-28 21:55
“Sumqayıt” “Qarabağ”a qalib gəldi
- Premyer-liqa2024-04-28 19:37
“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi
- Ölkə futbolu2024-04-27 23:05
Samir Abasov Xavi ilə görüşdü
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi