Ölkə futbolu
Vüqar Nadirov Roman Qriqorçukun tələbini yerinə yetirmədi
Azərbaycan milli komandasının üzvü Vüqar Nadirovun &…
Azərbaycan milli komandasının üzvü Vüqar Nadirovun “Qəbələ”də işlərinin yolunda getmədiyindən xəbərdarsınız. “Xəzər Lənkəran”a qoyulan məlum transfer qadağasına görə, “Qəbələ”yə keçən yarımmüdafiəçi hələ bir dəfə də olsun ilk onsəkkizliyə salınmayıb.
Cəmi bir dəfə əvəzedici heyətdə oynayan Nadirovu baş məşqçi Roman Qriqorçuk yenidən gənclərin arasına göndərməyə çalışsa da, buna nail ola bilməyib.
Belə ki, karyerası ərzində iddialı klublarda oynamış təcrübəli futbolçu əvəzedici heyətə getməyib. Bizdə olan məlumata görə, Nadirov qış fasiləsində “Qəbələ”ni tərk edəcək.