Premyer-liqa
Tərlan Əhmədov: "Neftçi" ilə oyundan sonra…"
Bu gün Topaz Premyer Liqasında X tura start verilib. Futbolinfo….
Bu gün Topaz Premyer Liqasında X tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" evdə AZAL-la 0:0 bərabərə qalıb.
Qəbələ şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov heç-heçəni belə şərh edib:
“Həqiqətən də ağır oyun idi. Evdə oynayan “Qəbələ” öncəki görüşdə də xal itirmişdi. Buna görə rəqibin aqressiv oynayacağını bilirdik. Biz isə “Neftçi” ilə oyundan sonra uğurlu seriya yaratmaqda maraqlı idik. Tagim Novruzov və Seymur Əsədovun yoxluğunda yarımmüdafiədə problem yaşadıq. Bütün bu problemlərə baxmayaraq, xal qazana bildik və futbolçulara təşəkkür etdik. Yolumuz bəllidir. Nə qədər ağır olsa da, bu yolla davam edəcəyik”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı