Premyer-liqa
Şahin Diniyev: "Buna məcbur idik"
Bu gün Topaz Premyer Liqasında X tura start verilib. Futbolinfo….
Bu gün Topaz Premyer Liqasında X tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma meydanda "Kəpəz"lə 2:2 bərabərə qalıb.
Zirə qəsəbə stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Şahin Diniyev heç-heçəni belə şərh edib:
“İlk növbədə jurnalistlərə və azarkeşlərə təşəkkür edirəm. Oyuna gəldikdə isə dramatik bir görüş alındı. Biz ikinci hissədə oyunda nəticə baxımından dəyişiklik etmək istədik. Buna görə də əvəzetmə etdik. Sadəcə, ilk hissədə müdafiəçilərin kobud səhvindən qollar buraxmışdıq. Belə qollar buraxmamalı idik. Düşünürəm ki, bu oyun “Kəpəz”in oyunu olmalı idi. Məncə, bu gün 1 xal qazanmaqdıq, 2 xal itirdik. Biz oyunun taleyini həll edə bilmədik, lakin buna məcbur idik. Sevindirici haldır ki, “Kəpəz” 4 oyundur məğlub olmur. Ən əsası futbol sərgiləyirik, düzgün yoldayıq”.