Premyer-liqa
Rusiyalı jurnalistlər "Azərsun Arena"ya niyə gəlib? – FOTO
Bu gün Topaz Premyer Liqasında 10-cu turun oyunları keçi…
Bu gün Topaz Premyer Liqasında 10-cu turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" öz meydanında "Rəvan"ı qəbul edir.
Hazırda Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı ("Azərsun Arena") qarşılaşmada maraqlı qonaqlar var. Belə ki, Rusiyanın məşhur RTR kanalının əməkdaşları oyundan videosujet çəkir. Kanal əməkdaşlarının Azərbaycan haqqında hazırladığı filmdə "Qarabağ"a da yer ayrılıb. Həmçinin, kanal əməkdaşları Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov və Maksim Medvedevin də müsahibəsinə yer ayırıb.