Ölkə futbolu
“Bakı” – “Şahdağ” oyunu “CBC Sport”da
“CBC Sport” daha bir ilkə imza atmağa hazırlaşır. Yen…
“CBC Sport” daha bir ilkə imza atmağa hazırlaşır. Yeni yaradılan və bu mövsümdən Topaz Premyer Liqasının oyunlarını yayımlayan telekanal bundan sonra I diviziona da diqqət göstərəcək.
CBC sabah keçiriləcək “Bakı” – “Şahdağ” oyununu efirə gətirəcək. Paytaxt klubundan aldığımız məlumata görə, bu haqda razılıq əldə olunub və Peşəkar Futbol Liqası ilə də razılaşdırılıb. Oyunun saat 14.00-a təyin olunmasının da səbəbi budur.
Qarşılaşma “Bakı”nın təlim-məşq bazasının təbii ot örtüklü əsas meydançasında baş tutacaq. Arena canlı yayımla əlaqədar olaraq tam hazır vəziyyətə gətirilib.