Ölkə futbolu
Onlar "Monako" üçün Bakıya gəlir
Noyabrın 5-də Avropa Liqasının 4-cü turu çərçi…
Noyabrın 5-də Avropa Liqasının 4-cü turu çərçivəsində "Qarabağ" öz meydanında "Monako"nu (Fransa) qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, qarşılaşmanı fransalı jurnalistlər də işıqlandıracaq.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan Ibrahimovdan aldığımız məlumata görə, bu məqsədlə Fransadan ölkəmizə 3 jurnalist gələcək.
Bundan əlavə, "Knyazlıq klubu"nun azarkeşləri sevimlilərini Bakıda dəstəksiz qoymayacaqlar. Belə ki, onları dəstəkləmək üçün paytaxtımıza 50-ə yaxın fanat təşrif buyuracaq.