Bizi izləyin

Müsahibə

Rəşad Abdullayev: "Onlar bunu dərk etməlidirlər"

Topaz Premyer Liqasında debüt etməsinə rəğmən, “Zirə…

blank
Topaz Premyer Liqasında debüt etməsinə rəğmən, “Zirə” əksər komandaların başağrısına çevrilməyi bacarıb. Ötən tur da istisna olmadı. Adil Şükürovun yetirmələri “İnter” səfərindən qolsuz bərabərliklə ayrılmağı bacardılar. Komandanın uğurlu qrafik cızmasında əsas pay sahiblərindən biri heç şübhəsiz ki, kapitan sarğısını daşıyan Rəşad Abdullayevdi. “Zirə”nin cinah yarımmüdafiəçisi ilə söhbətdə komandanın son turda sərgilədiyi futbol, məqsədlər, habelə heyətlərində yer alan gənclərin tənbəlliyi barədə danışdıq. Abdullayev ilk öncə “İnter”lə oyun barədə fikirlərini bölüşdü:
– İlk 45 dəqiqədə daha yaxşı futbol sərgilədik. Topa daha çox nəzarət edən tərəf komandamız idi. Bu da üstünlüyümüzü şərtləndirən amil idi.Ancaq fasilədən sonra istədiyimiz futbolu sərgiləyə bilmədik. Əlbəttə, “İnter” kimi rəqiblə 1 xal yaxşı nəticədi. Amma qələbə qazansaydıq, daha yaxşı olardı.
– 34 yaşlı Rəşad Abdullayev meydançada “Zirə”nin ən çox qaçan futbolçusu idi. Gənc komanda yoldaşlarına niyə bu yöndə irad bildirmirsən?
– Dəfələrlə demişəm. Şəxsi nümunəmlə də bunu nümayiş etdirirəm. Çünki bizdə elə bir kollektiv formalaşıb ki, daha çox əzmkarlıq hesabına xallar əldə edə bilərik. Axı cəmi 2 aydı yığılmışıq. Belədə, anlaşma, fərdi ustalıq səviyyəsi ən yüksək həddə ola bilməz. Əsas istək və mübarizlik olmalıdı. Qalan şeylər tədricən gələcək.
– Amma reallıq budu ki, onlar qaçmır. Bəlkə artıq özlərini ulduz sayırlar?
– Yox, belə bir şey yoxdu. Ancaq məşqlərdə də deyirəm ki, öz gələcəkləri üçün bu gün bütün güclərini ortaya qoymalıdılar. Bu komandanın gələcəyi var. Onlar bunu dərk etməlidirlər. Bura vitrindi. Özlərindən asılıdı. Daha yaxşı oynamalıdılar ki, indikindən də yaxşı yerlərə gedib çıxa bilsinlər. Əlbəttə, onların bu gün qaçan, mübarizə aparan vaxtlarıdı. Bu gün onlardan hansısa fərdi ustalıq, oyunun müqəddəratını həll edən hərəkət istənilmir. Əsas mübarizlikdi.
– Çempionatın əvvəlində yüksək yerlər uğunda mübarizə aparacağınızı gözləyirdin?
– Yaxşı kollektiv qurmuşduq. Açığı, hansı yer uğrunda mübarizə aparacağımızı planlaşdırmırdıq. Başlıca məqsədimiz hər oyundan xal, xallarla ayrılmaq idi. Bu oyundakı nəticəmiz də zəhmətimizin bəhrəsini. Hər oyunda baxımlı futbol göstərib, uğurlu nəticə qazanmaq arzusundayıq.
– Necə hesab edirsən, medalçılar sırasına düşmək şanslarınız var?
– Niyə də olmasın?! Çempionatın ən idiialı iki klubu – “Qarabağ” da, “Qəbələ” də bir də görürsən hətta evdə xallar itirirlər. Biz də heç kimdən çəkinmirik. Bəli, etiraf edim ki, bu komandaların heyətində elə futbolçular var ki, fərdi keyfiyyətlərinə görə “Zirə”dən üstündülər. Ancaq əzmkarlıq və mübariz keyfiyyətlərimizə görə bunu kompensasiya edə bilərik. Buna nail olsaq, istədiyimiz yerlərə də yüksələ bilərik.
– Turnir cədvəlinə nəzər yetirdikdə, 3-cü yer uğrunda mübarizə aparırsınız və hazırda əsas rəqibiniz “İnter”di. Onları arxada qoymaq üçün hənsı üstünlüklərinizdən istifadə etməlisiniz?
– “İnter”in sıralarını xeyli oyunçu tərk etsə də, eyni sistemi tətbiq edirlər, eyni sxem üzrə oynayırlar. Onların markası ağıllı ötürmələrdi. Ancaq 1-ci dövrədə evdə, bu dəfə isə səfərdə onlarla başabaş mübarizə aparmağı bacardıq. Məsələn, budəfəki görüşdə hiss etməyə başladım ki, komandamızda anlaşma tədricən qaydasına düşür, topa nəzarət etməyə başlayırıq. Addım-addım o da düzələcək.
– “Zirə” 2 ildi ki, yaranıb.UEFA-nın qanunlarına əsasən avrokuboklarda iştirak etmək üçün klubun minimum 3 yaşı olmalıdı. Bu qarışıq vəziyyət komandanızın çıxışına mənfi təsir göstərmir?
– Qətiyyən! Biz işimizi görürük. Bildiyimə görə analoji hal “Karvan”la da yaşanmışdı, ancaq müsbət həllini tapmışdı. Təki istədiyimiz yerə gedib çıxa bilək. Bundan sonra klub rəhbərliyi yəqin ki, bir əncam çəkə bilər. Əsas odu ki, işimizin öhdəsindən gəlməyi bacaraq. 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2024-04-20 20:55

“Zirə” “Neftçi”yə qalib gəldi

blank
Əvəzedicilər2024-04-20 19:53

“Sumqayıt”ın əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm