I Liqa
"Mil-Muğan"ın Elxan Məmmədov məyusluğu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun VII turun oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Mil-Muğan” – “Turan Tovuz” matçının 60-cı dəqiqəsində ev sahiblərinin futbolçusu Elxan Məmmədov ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
“Göyəzən” – “Şəmkir” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunu. Oyunun 78-ci dəqiqəsində Ev sahibi komanda meydançanı özbaşına tərk etmiş 2 dəqiqə sonra geri qayıtmışdır. Oyunun yenidən bərpa olunmasına baxmayaraq klub 1000 manat cərimə olunub. Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaq.
“Bakı” – “Şahdağ” matçında Qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Energetik” – “Ağsu” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Bakılı” – “Zaqatala” matçının 89-cu dəqiqəsində qonaqların futbolçusu Eşqin Tağıyev ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?