Premyer-liqa
Georgi Nikolov saytımıza mərc təklif etdi
“İnter”in prezidenti Georgi Nikolov futbolinfo.az saytın…
“İnter”in prezidenti Georgi Nikolov futbolinfo.az saytına mərc təklif edib. Bolqarıstanlı fumksioner komandasının Topaz Premyer Liqasının 12-ci turu qarşılaşmasına çıxmayacağı təqdirdə, klubun 1 aylıq büdcəsini mərcə qurban verəcəyini bildirib.
“İnter”in məşqə çıxmamasına dair saytımızın əməkdaşına verdiyi açıqlamada Nikolov bunları söyləyib: “İstənilən komandada maddi sıxıntılar ola bilər. Bunu şişirtməyə lüzum yoxdu. Komanda bu gün tam tərkibdə məşq keçib. Bəli, məvaciblər yubanırdı. Amma bu gün futbolçuların sentyabr ayının məvacibləri ödənilib. Növbəti turun oyununa çıxmayacağıq? Boş söhbətdi. İstənilən adamla mərcə girməyə hazıram. Əgər futbolçularımız “Qəbələ”yə qarşı oyuna çıxmasalar, komandamızın aylıq büdcəsini mənimlə mərcə girən insana verməyə hazıram”.
Qeyd edək ki, “Qəbələ” – “İnter” qarşılaşması noyabrın 9-da saat 16:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib