Bizi izləyin

Müsahibə

Kamran Quliyev: "Onlara çatmaq üçün burdan ayadək məsafə var"

“Sumqayıt”ın prezidenti Kamran Quliyevin futbolinfo.az s…

blank
“Sumqayıt”ın prezidenti Kamran Quliyevin futbolinfo.az saytına müsahibəsi:
– Komandanın hazırkı durumu klub prezidenti olaraq, sizi qane edirmi?
– Birmənalı şəkildə deyə bilərəm ki, 1 ay əvvəlkindən indi daha yaxşıdı. Həm xal, həm sərgilənən futbol baxımından nəzərəçarpacaq irəliləyiş hiss olunur. Bu da Samir Abasovun gəlişindən sonra baş verib. Doğrudu 3 oyuna 7 xal qazandıqdan sonra 2 məğlubiyyət aldıq. Xüsusilə, “Neftçi”dən aldığımız yenilgi üzücü oldu. Bu irəliləyişi sıravi azarkeş də görür, jurnalistlər də. Bununla yanaşı, spesifik proqramlarımız var ki, bu vasitəylə futbolçuların oyun ərzində fərdi göstəricilərini müəyyənləşdirə bilirik. Bütün komponentlərdə irəliləyiş müşahidə olunur. 
– Çempionatın startı öncəsi hamı əla iştahla gəlir. Kimi çempionluqdan dəm vurur, kimisi avrokubok zonasından. “Sumqayıt”ın planları necə idi?
– Komandanın qarşısında rəhbərlik məqsəd qoyur. Söhbət Müşahidə Şurasından gedir. Ötən illə müqayisədə, cari mövsümdə kluba ayrılan vəsait arasında fərq yoxdu. Belədə, qarşıya ötən mövsümlə müqayisədə, finiş xəttinə daha üst sıralarda çatmaq vəzifəsi qoyulub. Ancaq vəziyyət hər an dəyişə bilər. Məlum olduğu kimi, futbolumuzda dəyişikliklər baş verir. İlk növbədə bu, klublara ayrılan maliyyədi. Əvvəllər bir, indi isə fərqli vəsait ayrılır. Qışda məqsədlərimiz dəyişə bilər. Ancaq bunun üçün ilk növbədə bizdə, ikinci növbədə isə digər komandalarda dəyişikliklər baş verməlidi. Böyük ölçüdə ötənilki nəticəmizi yaxşılaşdırmaq məqsədi var. Ancaq daha dəqiq qış fasiləsində biləcəyik.
– Heyət dəyişməyib. Komandanız məğlubiyyətləri sıralayırdı. Bəs nə dəyişdi ki, “Sumqayıt” həm oyun, həm də xal baxımından artırmağa başladı?
– İlk növbədə onu qeyd edim ki, bu heyəti Aqil Məmmədov özü yığmışdı. Komandamızın bir xüsusiyyəti var ki, mövsümün gedişatında sürət yığmağa başlayır. Aqil Məmmədov isə istefa ərizəsini 1-ci dövrədən sonra verdi. Eyni zamanda, komandamızın liderlərindən bəziləri zədəli, digərləri isə özlərinə gələ bilmirdilər. Deyə bilmərəm nəyə görə. Ola bilər hazırlıq zamanı hansısa səhvlərə yol verilmişdi. Aqilə ciddi şəkildə hansısa etirazımız yox idi. O, 1-2 ay deyildi ki, komandamızın “sükanı arxası”nda idi. İki mövsümdən artıq idi ki, “Sumqayıt”ı çalışdırırdı. Onun rəhbərliyi altında komandamızın “əmək kitabçası”na parlaq qələbələr daxil olub. Bura “Qarabağ”, “Neftçi” üzərində qələbələri daxil edərdim. Büdcə kasadlığında Aqil Məmmədovdan hansısa sıçrayış tələb olunmurdu. Amma vidalaşmaq zamanı yetişdi. Çünki nələrisə dəyişməyin vaxtı idi. Samir Abasovun gəlişi ilə hansısa uzaq və ciddi nəticələr çıxarmağa tələsməzdim. O, ilk növbədə komandamıza canlanma, həvəs gətirib. Xasiyyətcə çox çılğın insandı. Bax, bu qığılcımı ilə futbolçularla bölüşüb. Oyunçular yeni baş məşqçidən enerji almağa başlayıb. Görünür Aqil Məmmədov hardasa yorulub, bəlkə də doymuşdu. Boşluq hiss olunurdu. Bu, hər bir insanda müşahidə olunur. Bunu istənilən sahədə görə bilərsiniz. Hətta uşaq belə, sevimli oyuncağından doya bilir. Altı ildi futbolun iç qatındayam. İnanın mənə ki, Aqil Məmmədov keyfiyyətli mütəxəssisdi. Ancaq hər məşqçinin hər bir klubda yolunun əvvəli olduğu kimi, sonu da çatır. Hətta Fransa “Oser”ini Gi Ru 36 il çalışdırdıqdan sonra getmək qərarını verdi.
– Samir Abasovun rəhbərliyi altında ardıcıl 3 uğurlu oyundan sonra Sumqayıtda “Neftçi”dən aldığınız yenilgi barədə ölkə mətbuatı “şübhəli oyun” statusu verdi. Bununla bağlı nə deyə bilərsiniz?
– Bu cür xəbərləri yayan insanlara üzümü tutub demək istəyirəm ki, biz hansı məqsədlə oyunu uduza bilərdik? 2014-ün əvvəlində həmin “Neftçi” iki dəfə məğlub etmişdik. Bu, elə həmin “Neftçi”di də. Bizim kluba bu cür suallarla hətta müraciət etmək heç bir perspektiv vəd etmir. Bu, ağlasığmazdı. Heç vaxt həmin kollektivi sonradan idarə edə bilmərəm. Nə əmr, nə də xahiş formasında komandadan ya tələb, ya da rica edə bilmərəm ki, uduzun.
– Cavabınızın ilk cümləsində sual verirsiniz. Oyunu təhvil verməyinizin səbəbi kimi Sizin və “Neftçi”nin hazırki rəhbərliyinin AFFA-nın baş katibi Elxan Məmmədova yaxın olduğunuz göstərilir. Uğursuzluq zolağından çıxmaq üçün “ağ-qaralar”a “əl tutduğunuz” iddia olunur.
– Oyunu izləmisiniz?
– Bəli, stadiondan.
– Futbolçuya necə öyərədə bilərsən ki, təkbətək epizodu qaçır? Futbolçuya necə öyrədə bilərsən ki, topu dirəyə vur. Futbolçuya necə öyrədə bilərsən ki, qapıçını aldat, zərbə endirərkən, elə hesabla ki, rəqib müdafiəçi topu boş qapıdan çıxara bilsin? 2012-ci ildə qızlar arasında dünya çempionatının Təşkilat Komitəsinin üzvü idim. Həmin vaxt FİFA danışılmış oyunlar üzrə ekspertlərini Bakıya ezam etmişdi və onlar bizə çox sadə epizodları nümayiş etdirirdilər. İnanın mənə, kimsə oyun vermək istəsə, bu cür uduzmaz. Çünki bu cür aşkar formada oyun verməzlər. XXI əsrdi. “Qarabağ”ı məğlub etmişik. Onda desinlər ki, Ağdam təmsilçisi də oyunu bizə vermişdi. 
– Kamran müəllim, “Qarabağ”ı məğlub edən “Sumqayıt”ın “Neftçi”yə uduzmasına şübhə yaradan məqamlardan biri də paytaxt təmsilçisinin növbəti turda qələbəsi olmayan “Rəvan”a yenilməsi oldu…
– Əzizim, əgər futbolda həmişə favoritlər qalib gəlsəydi, bu oyunu izləyən olmazdı. “İnter”i məğlub etməli idik, ancaq bəxt bizdən üz döndərdi və 1:1 oynadıq. Bundan sonra “Qarabağ”la görüşü izləməyə daha çox azarkeşimiz gəlmişdi. 85-ci dəqiqəyədək inamla müdafiə olunduq və sonra bir əla əks-hücumla rəqib qapısının torunu silkələdik. Etiraf edim ki, Ağdam təmsilçisi ilə daha 5 dəfə oynasaq, bəlkə də bir də bu cür uğurlu alınmaz. Çünki “atlılar” bizdən çox güclüdü. Sadəcə, birmənalı məntiqə sığmayan hadisə baş verdi. “Neftçi”ylə oyunun 73-cü dəqiqəsinədək inanan oardımı ki, uduzacağıq? İroniyaya əl atsaq, deyə bilərəm ki, gərək “Qarabağ”la görüşdə çoxlu qol buraxaydıq ki, “Neftçi”yə uduzanda heç kim şübhələnməsin. Həmin gün “Neftçi”nin bəxti gətirdi. Allah belə istədi ki, paytaxt təmsilçisi qalib gəlsin. Azərbaycan futbolu çox kiçik bir ailədi. Futbolçuya qara yaxsan, bundan ömrü boyu yaxa qurtara bilməz. Slavik Alxasov Lənkəranda məhsuldar ötürmə vermişdi. Komandanın ən çox qaçan, can yandıran futbolçularındandı. İndi bir səhvə görə üstündən xətt çəkək? Oyunçular qalib gələndə mükafat alırlar. Mükafatlarından beziblər?
– Özünüzü demokratik insan sayırsınız?
– Tam deməzdim. Elə şeylər var ki, buna riayət etməlisən, bəzi hallarda demokratik oluram. Baxır vəziyyətə. Nədənsə futboldan kəskin şəkildə şəxsi həyatıma keçdik.
– Futbola indi qayıdacağıq. Necə hesab edirsiniz, Avropa və Azərbaycan klublarını müqayisə etsək, hansı daha peşəkardı?
– Avropa klubları sadəcə klub deyillər. Onlar böyük maliyyə qurumlarıdı və bir çox qolları var. Belə deyim, müqayisə etsək, Azərbaycan klublarına onlara çatmaq üçün burdan ayadək məsafə var.
– Bəs onda nəyə görə klublarımız, avropalılardan fərqli olaraq, büdcələrini, imzalanan müqavilələrin malliyyə tərəflərini açıqlamırlar? Siz də o cümlədən.
– Gələn il 5 yaşımız tamam olacaq. Biz şəffaf işləməyin tərəfdarıyıq. Yadınızdadırsa, “Kapital Bank”la müqavilə imzalanarkən, anlaşmanın maliyyə şərtlərini açıqlamışdıq. Bizim maliyyə dayaqlarımız hər kəsə bəllidi. Büdcə məsələsinə gəlincə, bunu da açıqlayacağıq. Mövsümün sonunda “Sumqayıt”ın nə qədər pul xərclədiyini hər kəs biləcək.
– Açıq Səhmdar Cəmiyyət (ASC) olmaq barədə düşünmürsünüz?
– ASC olmaq üçün münbit şərait lazımdı. Çünki səhmlərin alınması üçün müəssisə gəlirli olmalıdı. Gəlir futbolçu satışı, teleyayım, atributikanın satışı, reklamlardan əldə olunur. Biz buna can atırıq, ancaq hələ kövrək addımlarla irəliləyirik. Yaxın zamanda ASC olmaq perspektivimiz yoxdu.
– Əksər Azərbaycan klubları təlim-məşq toplanışını ölkəmizdə, yoxsa xaricdə keçəcəklərini əvvəlcədən bilir. “Sumqayıt” isə gah “gedirəm”, gah “gedəsi olmadım” deyir. Bu, nəədən qaynaqlanır?
– Gizlətmirəm, büdcəmiz kasaddı. Ölkəmizdə minimal istifadəçi səbəti var. Bəli, bizə bu, olduqca xırda rəqəm görünə bilər. Amma insanlar var ki, bu pulla yaşayırlar. “Sumqayıt”ın da “istifadəçi səbəti” var. Gizlətmirəm ki, bizə ayrılan vəsaitlə klub saxlamaq asan iş deyil. Yayda da xaricdə təlim-məşq toplanışı keçmək istəyirdik, qışda da bunu həyata keçirmək ürəyimizdən keçir. Ancaq bəzən bütün istdəiklərini edə bilmirsən. Əvvəllər deyirdik ki, Azərbaycanda qalan klub sınaqçı rəqib tapa bilmir. Amma indi vəziyyət elədi ki, bir neçə klubumuz xaricdə təlim-məşq toplanışı keçməyə yollanmır və yoxlama görüşləri keçirmək çətinlik yaratmır. Nədəsə qənaət etməliyik ki, ölkə xarıcınə çıxa bilək. Futbolçuların maaşları, mükafatları, aşağı yaş qruplarının maliyyə xərcləri var. Bütün bunları çatdırmalıyıq. Hər qəpiyimizi sayırıq. Bundan çəkinmirəm də. Şükür Allaha, maaşları vaxtı-vaxtında verə bilirik. Maliyyə böhranı zamanı o təşkilat ayaqda qalır ki, böhran menecmenti idarəetməsini bilir. Hələliksə xaricə getməməyimiz faciə deyil.
– İstifadəçi səbətindən söz açdınız. Rəhbəri olduğunuz klubun səbəti Topaz Premyer Liqası təmsilçiləri arasında neçəncidi?
– Bir il əvvəl sualınıza dəqiq cavab verə bilərdim. İndi vəziyyət fərqlidi. Bu üzdən də dəqiq cavab verə bilmirəm. Klubların hazırki maliyyə durumunu dəqiqliyi ilə bilmirəm. Bir onu deyə bilərəm ki, ilk beşliyə daxil deyilik.
– Nəyə görə “Kapital Bank Arena” mətbuatı sevmir?
– Bu, bizim səhvimizdi. Günahkarıq. Media üçün lazımi şəraiti yaratmamışıq. Bunu mütləq aradan qaldıracağıq. Media sektoru ayrılacaq, KİV təmsilçiləri üçün noutbuklarını üzərinə qoymaq üçün masalar quraşdırılacaq, internet gücləndiriləcək. Bir az da səbr etməyinizi xahiş edirəm. Qış fasiləsində bütün dediklərimi həyata keçirəcəyik. Qış fasiləsinədək 6 oyunumuz qalıb. Bunun da tən yarısı səfərdə baş tutacaq. Cəmi 3 oyun da səbr edin, düzələcək. Bilirsiz, sağlam tənqid xeyirlidi. Çünki bundan ibrət götürürsən və kimsə bizi qərəssiz tənqid edirsə, buna görə təşəkkür edirik.
– Sonda Kamran Quliyevi də yaxından tanıyaq. Xobbiniz?
– Futbola bağlı insanam. Ailəmi, övladlarımı, valideynlərimi, vətənimi çox sevirəm. Futbol oynamağı çox sevirəm. Şahmatı çox sevirəm. Yay aylarında harasa getsəm və orda dəniz varsa, mütləq dəsmal çiynimdə ora qaçaram.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm