Müsahibə
Millimizə məğlubiyyətdən danışdı: "Komandanın liderləri yox idi"
Moldova millisinin üzvü Aleksandr Antonyuk noyabrın 1…
Moldova millisinin üzvü Aleksandr Antonyuk noyabrın 17-də Azərbaycan yığmasına 1:2 hesablı məğlubiyyətdən danışıb. Futbolinfo.az xəbər verir ki, yerli federasiyanın rəsmi saytına danışan yarımmüdafiəçi ölkəmiz haqqında da təəssüratlarını bölüşüb:
– Bakıya ilk dəfə idi ki, gedirdiniz?
– Bəli.
– Bəli.
– Azərbaycan və ölkənin ən böyük arenası olan Bakı Olimpiya Stadionu haqqında təəssüratlarınız necədir?
– Bakı böyük şəhərdir. Orada gördüklərim məni təəccübləndirdi. Olimpiya stadionu olduqca möhtəşəm arenadır. Çox məmnun qaldım. Bakıda yenidən belə bir oyun olarsa, sevinərəm.
– Bakı böyük şəhərdir. Orada gördüklərim məni təəccübləndirdi. Olimpiya stadionu olduqca möhtəşəm arenadır. Çox məmnun qaldım. Bakıda yenidən belə bir oyun olarsa, sevinərəm.
– Azərbaycan milli komandası necə təsir bağışladı?
– Onlar topa daha çox nəzarət etməyi xoşlayırdılar. Bu da bizə çətinlik yaratdı.
– Onlar topa daha çox nəzarət etməyi xoşlayırdılar. Bu da bizə çətinlik yaratdı.
– Sizcə, bu ölkədə futbol inkişaf edir? Moldova futbolundan fərqli nə var?
– Azərbaycanda idmana başqa cür qayğı göstərilir. Mən gördüyüm qədərilə yaxşı stadionlar və infrastruktur var. Klublara sərmayə, yaxşı maliyyə ayrılır. Bunun nəticəsidir ki, iki komanda – “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsində çıxış edir.

– İndi isə Moldova millisi haqqında. Baş məşqçiniz Stefan Stoyko necə işləyir?
– Çox rahat. O, peşəkardır. Mən özümü onun komandasında rahat hiss edirəm.
– Çox rahat. O, peşəkardır. Mən özümü onun komandasında rahat hiss edirəm.
– Sizcə, niyə Azərbaycana qalib gələ bilmədik?
– Bizim bəzi problemlərimiz var idi. Ən əsası komandanın liderləri yox idi. Bu da çox təsir etdi.
– Bizim bəzi problemlərimiz var idi. Ən əsası komandanın liderləri yox idi. Bu da çox təsir etdi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib