Premyer-liqa
Bəybalayev: "Bunun elə də önəmi yoxdu"
Dünən Topaz Premyer Liqasının 13-cü turu çər&cced…
Dünən Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Rəvan” öz meydanında AZAL-ı məğlub edib – 1:0. Futbolinfo.az xəbər verir ki, matçdan sonra meydan sahiblərinin müdafiəçisi Vüqar Bəybalayev jurnalistlərə açıqlama verib:
“Oyunun əvvəlində qol vurmağımız bizim üçün müsbət hal oldu. Sonradan hesabı qorumaq üçün müdafiəyə çəkilməyə üstünlük verdik. Məşqçimizin tapşırığına əsasən əks-hücumlara çıxmağa çalışırdıq. Şadam ki, lazım olan 3 xalı qazandıq. Hansı hesabla qalib gəlməyimizin elə də önəmi yoxdu. Bu qələbə komandaya ən azı özünəinam qazandıracaq. Düşünürəm ki, bundan sonrakı görüşlərdə də qalib gələ bilərik”.
Matçın böyük hissəsini dayaq yarımmüdafiəçisi kimi keçirən Bəybalayev bu haqda da fikirlərini bildirib: “Açığı matçdan öncə planda belə bir şey yox idi. Sadəcə, Yamin zədələndikdən sonra məşqçimiz məni həmin mövqeyə çəkdi. Məncə, oyunum pis alınmadı”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib