Ölkə futbolu
Fikrət Hüseynov polislərlə davasını şərh etdi
Topaz Premyer Liqasının 13-cü turunun son qarşılaşmas?…
Topaz Premyer Liqasının 13-cü turunun son qarşılaşması çərçivəsində “İnter”ə səfərdə 0:2 məğlub olan AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov komandasının paltardəyişmə otağına aparan dəhlizə gedərkən, polislər tərəfindən saxlanılması ilə bağlı fikirlərini bölüşüb. Futbolibfo.az saytına verdiyi eksklüziv açıqlamada klub rəsmisi hadisəylə bağlı şikayət etməyəcəyini bildirdi.
Çempionatın autsayderlərindən olan komandanın rəsmisi polislə əlbəyaxa olduqları anları bu cür xatırlayıb: “Oyun sona çatdıqdan sonra içəri, komandamızın yanına daxil olmaq istədim. Ancaq içəri girmək istəyəndə qarşımı polis kəsdi. Onlara başa salmaq istədim ki, mən bu klubun rəsmisiyəm. Bir qədər əsəbləşdik. Zənnimcə, hadisə yerində PFL rəsmilərindən kimsə var idi. Bu cür hallar yaşana bilər. Polis işçiləridi, onlar da vəzifə borclarını yerinə yetirmək istəyir. Hadisəylə bağlı heç bir yerə şikayət etmək fikrim yoxdu. Oldu, keçdi”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza