Premyer-liqa
AFFA-dan “80 nömrə” olayına münasibət: “İnter” cəzalandırılacaqmı?
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsind?…
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində bu gün baş tutan “İnter” – AZAL oyununda meydan sahiblərinin 8 nömrəli futbolçusu Nizami Hacıyevin 80 nömrəli maykayla meydançaya çıxması istehza dolu gülüş doğurmaya bilməzdi. Axı, yalnız start fitindən 15 dəqiqə ötdükdən sonra şortikində “8”, maykasında isə “80” yazılan futbolçu bu qüsuru aradan qaldırdı.
Anormallılqlarla dolu Azərbaycan futbolunda elə bir hadisə yaşanıb ki, kimin günahkar olduğunu da aid etmək müşkül məsələdi. Ancaq bir çox rəsmilərlə əlaqə yaratdıqdan sonra ünvanı tapa bildik. İntizam Komitəsinin üzvü Məlik Həsənov futbolinfo.az saytına verdiyi açıqlamada əsl səbəbkarı göstərdi: “Burada texniki qüsur yaşanıb. Ancaq futbolçu “lipa” deyildi ki, konkret maddi və ya texniki məğlubiyyət kimi cəza kəsilməli olsun. “İnter” klubunun texniki heyətinin, konkretləşdirsək, inzibatçısının səhlənkarlığı ucbatından yaşanan bir olaydı”.
Həsənov buna görə yalnız xəbərdarlıq ediləcəyini vurğuladı: “Kluba şifahi xəbərdarlıq ediləcək. Onlar hələ 1-ci hissənin gedişatında məsələdən xəbər tutub, Nizami Hacıyevin maykasını dəyişdirdilər. Sadəcə, səhlənkarlıq yaşanıb”.
Sonda uzun illərdi AFFA-da çalışan funksionerdən bu cür hallara nə vaxtsa rast gəlib-gəlmədiyini də soruşduq. Məlik bəyin bir qədər güldükdən sonra verdiyi cavab bu cür oldu: “Xeyli fikirləşsəm, yəqin analoji halı xatırlaya bilərəm. Amma birdən-birə yadıma düşmür. Yəqin olmamış olmaz”.
Qeyd edək ki, “İnter” – AZAL matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza