Ölkə futbolu
"Borussiya" qorxulu rəqib deyil"
Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin r?…
Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan Rusiyanın “Krasnodar” klubunun qapıçısı Andrey Dikan yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, qolkiper Avroliqanın 5-ci turunda noyabrın 26-da qarşılaşacaqları Dortmund “Borussiya”sı ilə matçdan danışıb.
Dikan bildirib ki, Almaniya təmsilçisi qorxulu rəqib deyil: “Borussiya” ilə oyun qorxulu olmayacaq. Çünki alman klubu qorxulu rəqib deyil. Əksinə maraqlı oyun gözləyirəm. “Spartak”a məğlubiyyətdən sonra özümüzə sübut etməliyik ki, bu təsadüf idi. Biz yaxşı mənəvi və fiziki vəziyyətdəyik. Çempionatın əvvəli ilə müqayisədə indi yaxşı səviyyəyə çatmışıq”.