Bizi izləyin

Premyer-liqa

"Qəbələ"nin enişində Qriqorçuk amili

“Qəbələ”nin çempionluq uğrunda mübarizəd?…

blank
“Qəbələ”nin çempionluq uğrunda mübarizədə axsamaları düşündürməyə bilmir. Komanda mövsümə yaxşı start götürsə də, tədricən sürəti azaltdı. Vəziyyət o həddə çatıb ki, başa çatmaqda olan 2-ci dövrənin gedişatında “Qəbələ” hələ də heç kimi məğlub edə bilməyib. Sonuncu dəfə ilk dövrənin son turunda “Neftçi”ni son dəqiqə qoluyla üstələyən Roman Qriqorçukun yetirmələri bundan sonra 4 dəfə heç-heçə edib, bir dəfə də məğlub olub. Çempionluğa iddialı komanda üçün bu, faciədi!
Bəs, niyə belə oldu? Məgər “Qəbələ”nin Avropa Liqasında sıradan çıxardığı “Dinamo”, “Çukariçki”, “Apollon”, “Panatinaikos” çempionatda itkilərə məruz qaldığı “Zirə”, AZAL, “Kəpəz”, “Sumqayıt”dan zəif rəqiblər idi? Və heç kim inandırmağa çalışmasın ki, Avropa Liqasında legioner limiti yoxdu və yerlilərlə oynayanda komanda nəticə qazana bilmir. Çünki 1-ci dövrənin oyunlarına da elə həmin 6+5 çıxırdı…
Nə baş verdi? Nəyə görə 1-ci dövrədən sonra ilk pilləni bölüşən komanda 3-cü yerə yuvarlanmağı bir yana, liderdən 9 xal geri düşdü?
Səbəbləri araşdırarkən maraqlı mənzərəylə rastlaşırıq. Məlum olur ki, əslində, bu eniş gözlənilən idi və burada obyektiv səbəblərlə yanaşı, subyektiv, özü də xoşagəlməz təəssüratlar meydana çıxır. Başlayaq obyektiv səbəblərdən.
PFL-in saytında Topaz Premyer Liqasındakı iştirak ərizəsinə 25 futbolçunun adı daxil edilib. Bunlardan 11 nəfəri Azərbaycan pasportuna sahib insanlardı. Başqa sözlə, “11-liy”yə milliləşən Popoviç, Daşdəmirov, Mirzəbəyov da daxildi. Yerli statusuna sahib futbolçulardan Cavid Hüseynov məlum səbəblərə görə komandasına kömək edə bilmir. Bəs, digər yerlilər necə, avrokuboklar bir yana, ölkə çempionatında Qirqorçukun güvəndiyi isim olmağı bacarıblarmı?
Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Vaqif Cavadov, Vüqar Nadirov haqda bu sözləri demək mümkün deyil. Xüsusilə son anda transfer edilən Cavadovla Nadirovun daha çox ehtiyatda qalması qabardılası məqamdı. Füzuli Cavadovun oğlunun “İnter”dən ayrıldıqdan sonra karyerasında düşüş yaşadığı hər kəsə bəlli idi. Amma “Qəbələ” heç bir iddialı klubun istəmədiyi Vaqifi rənglərinə qatdı. Qatdı və yalnız bundan sonra gözləri açıldı ki, “ay aman, bu oyunçu bizə yaraşmır”. Nadirov isə “Qarabağ”da rəqabətə davam gətirmədiyi üçün komandadan ayrılan bir futbolçu idi. Çempionluğa oynayan Ağdam təmsilçisinə yaramayan oyunçu “qızıl”a iddia edən klubun tələblərinə uyğun gələrdimi?
Gözlənilən də baş verdi. Bu iki transfer faktiki olaraq, havaya sovrulmuş vəsait oldu. Futbolçudan yararlanmırsansa, onu da məhv edirsən, klubun pulunu da.
Yerli futbolçulardan danışarkən, daha bir məqama toxunmaq istəyərdik. Söhbət Ruslan Abışovdan gedir. Ötən mövsümün sonunda xidmətindən imtina etdiyi müdafiəçini yenidən sıralarına qaytarmaq istəyən klub fakitiki olaraq, səhvini etiraf etdi. Abışovun cari mövsümdə sərgilədiyi futbol isə yazdıqlarımızı bir daha sübut edir.
Tiflis “Dinamo”su ilə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmasında onun vurduğu qol olmasaydı, “Qəbələ” nəinki qrupdan, heç 2-ci mərhələdən belə danışa bilməzdi. Məhz Asif Məmmədovun dəqiq baş zərbəsi gürcüləri sözün həqiqi mənasında məhv etdi. Ancaq nədənsə yarımmüdafiəçi nəinki avrokuboklarda, heç ölkə çempionatında da ukraynalı mütəxəssisin güvəndiyi isimlər sırasına daxil olmur. Və yenə də ortaya eyni sual çıxır: lazım deyildisə, pul xərcləməyə nə ehtiyac? 
Göründüyü kimi, pasport mənsubiyyətinə görə yerli sayılacaq 11 oyunçudan yalnız 5-i  Roman Qriqorçukun etimad göstərdiyi isimlərdi. İndi də keçək “Qəbələ”nin legionerlərinə.
Burda “liderlik palması” heç şübhəsiz ki, George Floreskudadı. Avroliqada əla start götürən dayaq yarımmüdafiəçisi ən xoş sözlərə layiq futbol sərgiləsə də, əvvəlcə zədə, ardınca isə qeyri-müəyyənlik rumıniyalı oyunçunun “qara siyahı”ya düşməsini şərtləndirdi. Qriqorçukla aralarından hansı “qara pişiy”in keçdiyini deyə bilmərik, amma 31 yaşlı futbolçunun qışda yola salınacağına zərrə qədər də şübhə yoxdu. Amma subyektiv təəssüratı da bölüşməliyik. Baş məşqçinin dayaq yarımmüdafiəçisi mövqeyində “əsas silahı” Aleksey Qaydı. Birdən-birə 2 əcnəbinin eyni yerdə oynaması qeyri-məqbul sayılır. Seçimdə ukraynalı çalışdırıcının həmyerlisinə üstünlük verməsi xoşagəlməz düşüncələrə cığır açır. Söhbət alınacaq mükafatların ukraynalıya nəsib olmasını təmin etməkdən gedir.
Qapı xəttində 2 əcnəbinin olması da anlaşılan deyil. Dmitri Bezotosnının yoxluğunda “çərçivə” David Pyetrzkeviçə nadir hallarda etibar edilirsə, bu da bir şeydən xəbər verir: ona xərclənən pul da havaya sovrulub.
Aleksey Antonov haqda o qədər yazılıb, o qədər deyilib ki, yenidən bu mövzunu çox uzatmağa ehtiyac görmürük. Sadəcə, onunla kifayətlənək ki, hücumçu kimi gətirilən və faydalı iş əmsalı “0” olan ukraynalını Qriqorçuk “10 nömrə” mövqeyinə çəkdi. Bu qədər transferlərin qarşısında komandada “vuran ayağ”ın olmaması isə heç bir çərçivəyə sığmır. Çünki nə Ermin Zets əlahiddə nəyləsə yadda qalmayıb, nə də Sergey Zenyov hücumçu deyil ki, konkret nələrsə tələb edəsən. Elə Pakundo Fereyra da əslində yarımmüdafiəçidi. 
Qış fasiləsi zamanı Antonovun da Floreskuya yoldaş olaraq, yola salınmasını eşitsəniz, təəccüblənməyin. Amma gedənlərin yerinə yenilər gətirilməlidi. “Qəbələ” rəhbərliyi çətin ki, Avropa Liqasının qrup mərhələsinə çıxan məşqçinin tələblərini yerinə yetirməsin. Amma mütləq bu sualları qaldırmalıdı. Heyətində 14 legioner olan komandanın qışda yenidən qapı-qapı düşməsi məşqçinin hansısa başqa maraqlarından xəbər verməyə bilməz. Rəhbərlik buna göz yumacaqsa, deməli, ya ukraynalı mütəxəssislə əlbirdi, ya da onun pulları havaya sovurmasına qarşı iş görmür.
Bütün yuxarıdakıları sadalamaqda məqsədimiz “Qəbələ”nin uğursuzluq zolağına düşməsinə aydınlıq gətirməkdi. Elə həmin Qay tükənib, yorulubsa, niyə Floreskuya şans verilməsin? Eyni heyəti 2 cəbhədə oynatmağın fəsadı əvvəl-axır özünü büruzə verməli idi, verdi də! 
Daha bir məqam düşünməyə vadar edir. Paralel aparmaq üçün “Qarabağ”a boylanmağı tövsiyə edərdik. Ağdam təmsilçisinin onurğa sütunu sayılacaq 6-7 futbolçusu var ki, bu gün çempionu onlarsız təsəvvür etmək mümkün deyil. Özü də söhbət ilk növbədə yerli futbolçulardan gedir. Əlbəttə, yaş öz işini görür və zaman-zaman “Qarabağ”da nəsildəyişmə prosesi qaçılmaz olur. Amma baş məşqçi Qurban Qurbanov gələcəyə hesablanmış addımları atmağa da macal tapır. Deyək ki, sabah Qara Qarayevi hansısa əcnəbi klub transfer etmək istədi. Belədə Qurbanovun əlinin altında Coşqun Diniyev var. Ansi Aqollinin yerinə Azər Salahlı yetişir. Cavid Tağıyev, Namiq Ələsgərov kimi gənclər də məhz Qurban Qurbanovun qurduğu strategiyanın bəhrələridi. 
Amma “Qəbələ”də bu yöndə real iş yoxdu. Bir Ürfan Abbasovun adını çəkə bilərik ki, belədə də “tək əldən səs çıxmaz” məsəli ön sıranı tutur. Komandanın yerli oyunçulardan ibarət onurğa sütunu yoxdusa, futbolçularla 6 aylıq, 1 illik müqavilə imzalanırsa, gələcək barədə danışmaq absurddu. Deməli, sabah Qirqorçuk getsə, bir il ərzində qurulan komanda dağıdılmalı və yeni, ağ səhifədən başlamaq gərəkdi. Klub rəhbərliyi komandanın gələcəyini düşünürsə, bu cür varianta yol verməməlidi. Aydın məsələdi ki, menecerlərə futbolçuları ilə qısa müddətə imzalanan müqavilə daha çox sərf edir. Amma biz qlobal, klubun inkişafına xidmət edən məsələdən bəhs edirik, şəxsi mənafeyə qulluq edən strategiyadan yox.
“Qəbələ”nin əcnəbi futbolçularla bağladığı müqavilələrə də əl gəzdirməsinə ehtiyac var. Yenə də “Qarabağ” misalı çəkək. Reynaldo, Almeyda, Aqolli, Şehiç, Çumbinyo artıq neçə ildi ki, Ağdam təmsilçisinin formasını geyinirlər. Deməli, komandada artıq oturuşmuş “legioner dəstəsi” də var. Bəs Qəbələ təmsilçisində ən “qədim” əcnəbi kimdi? Dodo! Bəs sonra? Vəssəlam, şüttamam. Cəmi bir yerli və bir əcnəbi “köhnə məhsul” statusuna sahibdilər. Deməli, qalanlar gəldi-gedərdi. Çünki bunu “Qəbələ” rəhbərliyi özü bu cür qurub-yaradıb. Kötüyü olmayan ağac isə ən həfif küləkdən sonra belə qırılır.
Bu da son. Biz son iki mövsümün bürünc mükafatçısının son zamanlar yaşadığı uğursuzluğun kökünü araşdırmağa, bunun aradan qalxması üçün hansı addımların atılmalı olduğunu yazdıq. Qışda nələr baş verəcəyini deyə bilmərik. Amma dediklərimizdən dərs çıxarılmasa, istənilən uğur müvəqqəti xarakter daşıyacaq.
Bu qeydlər PAOK-la oyunöncəsi yazılmaya da bilərdi. Amma unutmayaq ki, bu cür oyunla “Qəbələ”nin qələbəsiz oyunlar seriyası uzanacaq. Dünənə kimi qəhrəman saydığımız Qriqorçuk yenə ən yaxşı məşqçilərdən biridi. Bunu kimsə dana bilməz. Ukraynalı qısa müddətdə çox iş görüb. Bununla belə, “dünənə görə çox sağ ol, bu gün nəyə qadirsən” deməyin vaxtıdı. Heydərovların pullarının hesabına gətirilən legionerlər ordusundan komanda möhkəm təməl olmayınca daimi iddialıya çevrilə bilməz. Sabah Qriqorçukun gedişi komandanın yenidən yığılması zərurətini yaradacaq. “Xəzər Lənkəran” elə bu səbəblərdən böyük komanda ola bilmədi. Bu səbəbdən, uğurlarına rəğmən, hərdən Qriqorçuku da silkələmək, ümumi strategiyaya yenidən nəzər salmaq lazımdı.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-14 12:43

Komandalar iştirakçı sayının aşağı salınmasını istəyir

blank
Digər idman növləri2024-04-14 12:29

Monte-Karloda liderlər uduzdu

blank
Dünya futbolu2024-04-14 12:11

“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

blank
Digər idman növləri2024-04-14 12:00

Millimizin üzvü finala vəsiqə qazandı

blank
Digər idman növləri2024-04-14 11:30

Abasov yenə heç-heçəyə razılaşdı

blank
Digər idman növləri2024-04-14 11:00

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 7 medal

blank
Digər idman növləri2024-04-14 10:29

Azərbaycan çempionatında 3-cü turun görüşləri keçirilib

blank
Digər idman növləri2024-04-14 10:00

Millimiz Honqkonqda növbəti oyununa çıxır

blank
Premyer-liqa2024-04-14 09:30

“Səbail” “Kəpəz”ə, “Sabah” “Qarabağ”a qarşı

blank
Digər idman növləri2024-04-14 09:11

Ən effektiv beşlik məlum oldu

blank
Digər idman növləri2024-04-14 08:52

“Audi” gələcək pilotları ilə danışıqlara başladı

blank
Digər idman növləri2024-04-14 08:34

Nadal və Alkarasın iştirak edəcəyi turnirin püşkü atıldı

blank
Digər idman növləri2024-04-14 08:17

Avroliqada cütlər məlum oldu

blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm