Ölkə futbolu
"Qarabağ"ın gedəcəyi ölkədə daha bir terror təşvişi
Son günlərdə Avropa da baş verən terror hadisələri futbol m…
Son günlərdə Avropa da baş verən terror hadisələri futbol matçlarında da mənfi təsir edir. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Belçikada keçiriləcək "Brügge" – "Napoli" matçı boş tribunalar önündə oynanacaq.
Bu barədə "Brügge" rəhbərliyi qərar qəbul edib. Səbəb kimi ölkədə terror aktları təhlükəsi göstərilib. Öncədən matçda yalnız qonaq, yəni İtaliya təmsilçisinin azarkeşlərinin olmaması planlaşdırılırdı. Lakin sonradan Belçika hökuməti noyabrın 26-da baş tutacaq oyuna yerli fanatların da girişini qadağan edib.
Qeyd edək ki, son Azərbaycan çempionu "Qarabağ" da Avroliqa matçını dekabrın 11-i Belçikada yerli "Anderlext"ə qarşı keçirəcək. Həmin vaxta kimi nadisələrin necə dəyişəcəyi isə maraqla gözlənilir.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə