Premyer-liqa
"Neftçi" derbi üçün başladı
Topaz Premyer Liqasının növbəti turunda “Qarabağ”…
Topaz Premyer Liqasının növbəti turunda “Qarabağ”ı qəbul edəcək “Neftçi” bu gündən hazırlıqlara başlayıb. Futbolinfo.az xəbər verir ki, bakılılar bu qarşılaşmaya klubun bazasında hazırlaşır.
“Ağ-qaralar”ın heyətində itkilər var. Belə ki, əvvəlki oyunları da buraxan hücumçu Salas Quintanın ağdamlılarla matçda meydana çıxmayacağı dəqiqdi. Bundan başqa, xeyli vaxtdı zədəli olan Araz Abdullayev də böyük ehtimalla sözügedən qarşılaşmada komandasına kömək edə bilməyəcək. Digər zədəli Məqsəd İsayevin “Qarabağ”la görüşdə iştirak etmək ehtimalı var.
Qeyd edək ki, ayın 29-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan derbisi saat 17:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib