Ölkə futbolu
Elvin Məmmədov: "Tottenhem" küçə komandası deyil"
Bu gün Avropa Liqasının 5-ci turu çərçivəsində…
Bu gün Avropa Liqasının 5-ci turu çərçivəsində “Qarabağ” öz meydanında “Tottenhem”i qəbul edəcək. Vacib qarşılaşma öncəsi Ağdam təmsilçisinin futbolçusu Elvin Məmmədov futbolinfo.az saytına ingilislərlə görüş haqqında açıqlama verib:
“Səviyyəli rəqibə qarşı oynayacağıq. Əlimizdən gələni edib, maksimum nəticə göstərmək istəyirik. Evdə oynayırıq. Ona görə də azarkeşləri, xalqımızı sevindirmək istəyirik. Baş məşqçimizin göstərişləri var, onun dediklərini həyata keçirsək, uğur qazana bilərik”.
Məmmədov rəqibin 7 əsas futbolçusunun Bakıya gəlməməsini komandası üçün üstünlük saymır: “Tottenhem” gəlir eee… Bu, küçə komandası deyil. Hər futbolçunun arzusudu ki, bele komandada, ümumiyyətlə, İngiltərə çempionatında çıxış etsin. Belə komandalarda birinci və ya ikinci heyət olmur. Kimliyindən asılı olmayaraq, maksimum nəticə göstərmək istəyirik”.
Yarımmüdafiəçi həmçinin bu matçı son şans kimi dəyərləndirmir. “Bu matçı son şans kimi dəyərləndirməzdim. Futbolda hər şey mümkündü. Var gücümüzü qoyub, nəticə qazanmağa çalışacağıq”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza