Dünya futbolu
Vurulan təyyarə Rusiya klublarını "ağlar" qoydu
Rusiya ilə Türkiyənin siyasi arenada münasibətlərinin g?…
Rusiya ilə Türkiyənin siyasi arenada münasibətlərinin gərginləşməsi şimallıların futbol klubları və qardaş ölkənin iqtisadiyyatına zərbə vurub. Futbolinfo.az xəbər verir ki, Rusiyanın turist agentlikləri Türkiyəyə səfərləri ləğv ediblər.
Bu da öz növbəsində təlim-məşq toplanışlarını Türkiyədə keçirən Rusiya klublarına ciddi zərbə vurub. Çünki Avropayla müqayisədə qiymətlərin daha münasib olması, şimallıları coğrafi cəhətdən əlverişli olan ölkəyə getməsini şərtləndirirdi. Ancaq vurulan təyyarə indi rusları çıxılmaz vəziyyətə salıb: onsuz da acınacaqlı iqtisadi durumda olan klublar indi qış təlim-məşq toplanışını harda keçirəcəklərini bilmir.
“Rostov”, “Kuban”, “Terek” klublarının rəhbərləri vəziyyətin çətin olduğunu etiraf ediblər. Rusiya Futbol İttifaqının hazırlığı Krımda keçmək təklifini isə heç bir klub yaxın buraxmaq istəmir. Onların ümumi rəyi bu cürdü: “Meydançaları bərbad olan yerdə, necə hazırlaşmaq olar?”
Hələliksə Rusiya klubları gözləyir. Gözləyir və ümid edir ki, vəziyyət normallaşacaq və Türkiyənin qapıları onların üzünə açılacaq.