Premyer-liqa
AZAL-ın zədəlisi qayıtdı
İki gün sonra Şüvəlanda “Sumqayıt”la qarşı…
İki gün sonra Şüvəlanda “Sumqayıt”la qarşılaşacaq AZAL oyunun hazırlıgını davam etdirir. Futbolinfo.az xəbər verir ki, bu gündən etibarən yetirmələrini təlim-məşq toplanışına cəlb edən baş məşqçi Tərlan Əhmədovu zədəlilər narahat etməkdədir.
Seymur Rəhimov, Elmin Çobanovun xidmətindən məhrum olan gənc mütəxəssis kapitan Rail Məlikovla bağlı həkimlərdən cavab gözləyir. Belə ki, “İnter”lə oyundan sonra əzələsində ağrı hiss edən kapitan Məlikovun meydançaya çıxacağı oyun günü bəlli olacaq. Bununla belə, cəzalı Emin Cəfərquliyevin yenidən heyətə qayıtması üzləri bir qədər güldürüb. Sabah “AZAL-Arena”da oyunqabagı son məşqə çıxacaq AZAL bununla da hazırlıqlara yekun vuracaq.
Qeyd edək ki, Topaz Premyer Liqasının 14-cü turunun AZAL – “Sumqayıt” qarşılaşması noyabrın 28-də saat 14.30-da “AZAL-Arena”da keçiriləcək.