Ölkə futbolu
Poçettino: "Buna görә üzgünәm"
Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunla…
Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” evdə İngiltərənin "Tottenhem" klubuna 0:1 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionudakı matçdan sonra açıqlama verən qonaq komandanın baş məşqçisi Maurisio Poçettino qalibiyyəti belə şərh edib:
– Düşünürәm ki, bizim üçün çәtin oldu. "Qarabağ" güclü komandadır. Bizә nәticә lazımdı. Öz oyunumuzu göstәrә bildik. Hәr şey istәdiyimiz kimi oldu. Komandamdan razıyam. "Qarabağ"ın ilk dәfә evdә uduzduğunu da nәzәrә almalıyıq.
– "Qarabağ" son turda "Tottenhem"in qәlәbәsini arzulayacaq. Siz isә hәr şeyi hәll etmisiz. "Monako" ilә matça da ciddi yanaşacaqsız?
– Bizim üçün bütün yarışlar vә oyunlar önәmlidir. Biz "Monako"nu da udmağa çalışacağıq. Çünki matçların fәrqi yoxdur. Bütün futbolçularımız da meydanda olacaq
– Bizim üçün bütün yarışlar vә oyunlar önәmlidir. Biz "Monako"nu da udmağa çalışacağıq. Çünki matçların fәrqi yoxdur. Bütün futbolçularımız da meydanda olacaq
– İlk yarının sonlarında "Qarabağ"ın futbolçusu yerdә olduğu halda "Tottenhem"in üzvlәri topu meydandan çıxarmadılar. Sizin buna münasibәtiniz necәdir? Düşünmürsüz ki, feyr-pley qaydalarını pozdunuz?
– Mәn dә hәmin epizoddan razı qalmadım vә buna görә üzgünәm. Amma burada mәsuliyyәt tam hakimin üzәrindә idi. Biz topu oradan çıxarmalı idik. Bakıda bizim üçün sürpriz oldu. Xüsusәn azarkeşlәrin davranışı xoşuma gәldi.